Azərbaycanın yaşıl enerji təcrübəsi beynəlxalq miqyasda nümunə olaraq göstərilir AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 24 dekabr, AZƏRTAC
BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) Gürcüstanda yaşıl enerji sahəsində yaradılması planlaşdırılan agentlik üçün dünya üzrə ən yaxşı təcrübələri araşdırıb və bu araşdırmada Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) fəaliyyəti də nümunə olaraq göstərilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan tövsiyələrdə Azərbaycanın bərpaolunan enerji sahəsində qazandığı zəngin təcrübə öz əksini tapır.
Hesabatda AREA-nın Azərbaycanda bərpaolunan enerji mənbələrindən səmərəli istifadənin təmin olunması sahəsində fəaliyyət göstərdiyi, bu sahədə dövlət siyasətinin həyata keçirilməsində iştirakı qeyd edilir, təmiz enerji texnologiyalarının tətbiqini təşviq edən uğurlu layihələrdən bəhs olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 24 Dekabr 2024 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















