Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Azərbaycanın “yaşıl enerji” yolunda mühüm addımı

Azərbaycanın “yaşıl enerji” yolunda mühüm addımı

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

2026-cı il yanvarın 8-də Prezident İlham Əliyevin iştirakı ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi Azərbaycanın enerji siyasətində növbəti mühüm mərhələ kimi tarixə düşdü. Dövlət başçısının çıxışı bir daha göstərdi ki, bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr təkcə iqtisadi deyil, eyni zamanda strateji, geosiyasi və uzunmüddətli inkişaf məqsədlərinə xidmət edir. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, 240 meqavat gücündə olan bu stansiya artıq fəaliyyətə başlayaraq ölkəmizin enerji potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün Azərbaycanın həyatında əlamətdar gündür və bu layihə ölkənin ümumi inkişafına ciddi töhfə verəcək. 2022-ci ilin yanvarında təməli qoyulan “Xızı-Abşeron” Külək Elektrik Stansiyası cəmi dörd il ərzində yüksək peşəkarlıq və koordinasiya nəticəsində istismara verilib.

Dövlət başcısı bu münasibətlə layihədə əməyi olan bütün tərəflərə, xüsusilə investor “ACWA Power” şirkətinə təşəkkür etdi. Bu stansiya “ACWA Power”ın Azərbaycanda reallaşdırdığı ilk bərpaolunan enerji layihəsi olsa da, cənab Prezidentin də qeyd etdiyi kimi, sonuncu deyil. Şirkətin ölkəmizlə bağlı daha böyük planları var və Azərbaycan dövləti bu təşəbbüsləri tam dəstəkləyir. Eyni zamanda, baş podratçı kimi layihədə iştirak edən “Power China” şirkətinin fəaliyyəti də xüsusi qeyd olundu. Bu fakt Azərbaycanın enerji sektorunda uğurlu beynəlxalq əməkdaşlıq modelinin formalaşdığını aydın şəkildə göstərir. Prezident İlham Əliyev çıxışında son 20 ildə Azərbaycanın enerji sistemində həyata keçirilən dərin islahatlardan bəhs etdi. Bu müddət ərzində generasiya gücləri, yarımstansiyalar və ötürücü xətlər demək olar ki, tamamilə yenilənib. Nəticədə, ölkənin ümumi generasiya gücü təxminən 10 min meqavata çataraq tarixi rekorda imza atıb. Dövlət başçısı vurğuladı ki, ənənəvi enerji mənbələri ilə bərpaolunan enerji növləri paralel şəkildə inkişaf etdirilməlidir. Məhz bu balanslı yanaşma Azərbaycanın enerji təhlükəsizliyini tam təmin edir. Mingəçevirdə 2000 meqavat gücündə ənənəvi stansiyanın, Qaradağda 230 meqavatlıq Günəş Elektrik Stansiyasının, Xızı–Abşeronda 240 meqavatlıq Külək Elektrik Stansiyasının istismara verilməsi bu strategiyanın real nəticələridir. Bu gün Azərbaycanda bərpaolunan enerji layihələri ölkənin müxtəlif bölgələrini əhatə edir. Biləsuvar, Neftçala, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən və planlaşdırılan layihələr göstərir ki, ölkəmizin coğrafi mövqeyi alternativ enerji istehsalı üçün geniş imkanlar yaradır. Xüsusilə Xəzər dənizinin külək potensialı diqqətəlayiqdir. Beynəlxalq qiymətləndirmələrə görə, Azərbaycanın Xəzər sektorunda külək enerjisi potensialı 157 giqavat səviyyəsindədir. Bu rəqəm Azərbaycanın gələcəkdə regionun ən böyük və etibarlı “yaşıl enerji” mərkəzlərindən birinə çevriləcəyini deməyə əsas verir.
Prezident çıxışında Azərbaycanın əlverişli investisiya mühitinə də toxundu. Bu günə qədər ölkəmizə 300 milyard dollardan artıq xarici sərmayənin cəlb edilməsi həyata keçirilən siyasətin düzgünlüyünü sübut edir. Xarici borcun ÜDM-in cəmi 6 faizindən bir qədər çox olması, valyuta ehtiyatlarının borcu 16-17 dəfə üstələməsi Azərbaycanın maliyyə sabitliyinin göstəricisidir. Beynəlxalq reytinq agentlikləri tərəfindən kredit reytinqinin yüksəldilməsi də ölkəmizə olan etimadın daha da artdığını təsdiqləyir. Bərpaolunan enerji potensialının artması yeni infrastrukturun yaradılmasını da zəruri edir. Prezident İlham Əliyev bu baxımdan ölkə tarixində ilk dəfə Batareya Enerji Saxlanc Sisteminin yaradıldığını bildirdi. 250 meqavatlıq ilk layihə “AzərEnerji” tərəfindən icra olunur və gələcəkdə bu istiqamətdə xarici investorların da cəlb edilməsi planlaşdırılır. 2030-cu ilə qədər 6 giqavat, 2032-ci ilə qədər isə ümumilikdə 8 giqavat gücündə külək və Günəş elektrik stansiyalarının inşası planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda artıq 40-a yaxın kiçik su elektrik stansiyasının tikilməsi isə azad edilmiş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsinin bariz nümunəsidir.
Dövlət başcısının çıxışında xüsusi vurğulanan məqamlardan biri də Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində oynadığı roldur. Neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrə ixracı ilə Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinə real töhfə verir.
Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan etibarlı dövlətdir, sözümüz imzamız qədər dəyərlidir və qəbul edilmiş müqavilələr toxunulmazdır. Məhz bu prinsipial mövqe ölkəmizi xarici investorlar üçün cəlbedici və təhlükəsiz tərəfdaşa çevirir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı və Prezidentin verdiyi strateji mesajlar göstərir ki, Azərbaycan enerji siyasətində yeni mərhələyə qədəm qoyub. Bu mərhələ iqtisadi inkişafla yanaşı, enerji təhlükəsizliyi, ekoloji məsuliyyət və regional liderlik hədəflərini özündə birləşdirir. Azərbaycanın bərpaolunan enerji sahəsində atdığı addımlar təkcə bu günün deyil, gələcək nəsillərin rifahına hesablanmış uzaqgörən dövlət siyasətinin parlaq nümunəsidir.

Mehriban Vəliyeva
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Yanvar 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri