Icma.az
close
up
RU
“Azərbaycanın zənginlikləri, o cümlədən nefti özünə verilsə, respublikanın çiçəklənməsinə kifayət edər...”

“Azərbaycanın zənginlikləri, o cümlədən nefti özünə verilsə, respublikanın çiçəklənməsinə kifayət edər...”

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

“Biz sənə hələ o vaxt etibar etmirdik, ona görə bunu səndən gizlədirdik. İndi artıq bu barədə sənə danışmaq olar...”

“Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 

Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.

Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...

Moderator.az aktuallığını və  BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:

“BDU-nun aspirant və tələbələri sovet işğal rejiminə qarşı mübarizədə. “İldırım” təşkilatı: yaradılması, fəaliyyəti və sonu...              

(Əvvəli burada: )

Neft Kimya İnstitutu. Tələbə: Əliyev Kamal.

“İldırım təşkilatının gənc üzvlərindən biri də Neft-Kimya İnstitutunun V kurs tələbəsi Əliyev Kamal Baxşalı oğlu olmuşdur. Onun həbs edilməsi haqqında qərar 5 noyabr 1948-ci ildə verilib. Qərara uyğun olaraq həbs edilən  K.Əliyevin evində axtarış aparılıb. Bu barədə tərtib edilən axtarış protokolundan məlum olur ki, evdən istintaq üçün maraqlı və vacib olan heç nə tapılmayıb.

Ənənəvi olaraq həbs edilərkən təqsirləndirilənin anket məlumatı yazılmışdır.

Orada göstərilib: “Atası Əlizadə Əlibaxış Mütəllim oğlu, 1898-ci il doğumlu, Vidadi küç., 9, mən 2; Anası Əliyeva Dilşad Mirzəağa qızı; Həyat yoldaşı: Əliyeva Xeyransa Əliağa qızı, 1923-cü il; Qardaşı: 1. Əliyev Hafiz Əlibaxış oğlu, 1928-ci il; 2.Əliyev Nağı Əlibaxış oğlu, 1930-cu il; 3. Əliyev Vasif Əlibaxış oğlu, 1933; Bacısı: Əlizadə Sənubər Əlibaxış qızı, 1942-ci il”.

İlk istintaq 6 noyabr 1948-ci ildə olub.

İlk istintaqda K.Əliyevdən  tərcümeyi halı, yaxın dostları soruşulub. Antisovet millətçi fəaliyyətə görə həbs edildiyi bildiriliərək ondan bu işin mahiyyəti haqqında danışmaq tələb edilir. O isə cavabında belə fəaliyyətlə məşğul olmadığını bildirir. Bu sual bir neçə dəfə təkrar olsa da, cavab yenə mənfi olub.

7 noyabr 1948-ci ildə ikinci istintaqda isə maraqlı hadisə baş verib.  

Müstəntiq birinci istintaqda olduğu kmi əvvəlcə ona antisovet millətçi fəaliyyətinin mahiyyəti barədə danışmağı təklif edir. O, yenə belə fəaliyyətlə məşğul olmadığını bildirsə də ancaq müstəntiq ikinci dəfə bu sualı təkrar etdikdən sonra o “qəflətən” hər şeyi boynuna alıb geniş məlumat verir. Təşkilata Abdullayev Gülhüseyn tərəfindən cəlb edildiyini, əvvəlcə Aviasiya texnikumunda oxuduğunu, sonra Neft-Kimya İnstitutuna daxil olduğunu bildirir.

9 noyabr 1948-ci ildə olan üçüncü istintaqda ənənəvi suallarla yanaşı, müstəntiq ondan evlərində axtarış zamanı Böyük Oktyabr Sosialist inqilabının 31-ci ildönümünə aid Bakı şəhəri xalq deputatları sovetinin təntənəli iclasına üç biletin tapıldığını, onu necə əldə etdiyini soruşub. O, cavabında bunu atasının xalası oğlu Əlizadə Ənvər Məşədi Məcid oğlu tərəfindən verildiyini söyləyir. Müstəntiqin bu şəxsin harada işləməsi haqqındakı sualına isə onun Azərb. K(b)P Bakı şəhəri partiya komitəsində təlimatçı vəzifəsində işlədiyini bildirir. 

Sonrakı sual bu biletin onlara nə vaxt və hansı münasibətlə verilməsi ilə bağlı olub. 

“Cavab: 5 noyabr 1948-ci ildə axşam bizim evdə qonaqlıq idi. Dəvət olunanlar: həyat yoldaşımın anası, bacısı Xəlilova Səriyyə, onun əri Hüseynov Əbdül, Əlizadə Ənvər Məşədi Məcid oğlu, onun anası Əlizadə Yasəmən Qafar qızı, dayım Əliyev Teymur Mirzəağa oğlu, onun arvadı Adilə Qəni qızı, xalam Kazımova Ziba Mirzəağa qızı. Yemək başladıqdan sonra gələn dostum AZİ-nin tələbəsi Daşdəmirov Əziz Ağa Yəhya oğlu”. 

Müstəntiq təqsirləndiriləndən Ə.Daşdəmirovun və Ə.Əlizadənin təşkilatın üzvü olub olmadığını soruşur və  “xeyr” cavabını alıb. 

18 noyabr 1948-ci ildə keçirilən dördüncü istintaqda müstəntiq ondan hansı şəraitdə, kim tərəfindən antisovet millətçi təşkilata cəlb edildiyini soruşub. 

  

K.Əliyev təşkilata G.Abdullayev tərəfindən cəlb olunduğunu bildirib deyir: “1944-cü ildə görüşlərimizdə o həmişə antisovet ruhlu baxışlarını söyləyib deyirdi: Kamal, sən Azərbaycan tarixini yaxşı bilirsən? O həmişə digər xalqların əsarəti altında olub. İndi də SSRİ-dən asılıdır. Bütün sahələrdə Azərbaycanın zənginlikləri, o cümlədən nefti respublikaya verilsə, o Azərbaycanın inkişafına, çiçəklənməsinə kifayət edər. Kamal, yaxşı olar ki, bu imkan Azərbaycanın özünə verilə, onda Azərbaycan SSRİ-dən ayrı müstəqil milli respublika olar. Azərbaycanın SSRİ-dən ayrı yaşamaq üçün hər cür imkanı var. Belə söhbətlərin təsiri altında onunla razılaşdım. Təşkilatın məqsədi: SSRİ-dən ayrılmaq, müstəqil, azad Respublika qurmaq. Tapşırıq: Yeni üzvlər cəlb etmək”.  

Verilən tapşırığa əsasən o da Vahidov Aydını cəlb etdiyini bildirir. Bunlarla yanaşı müstəntiq K.Əliyevdən iclasların harada, kimin evində keçirilməsi, hansı məsələlərin müzakirə edilməsi, hansı tapşırıqların verilməsi, təşkilatın proqramı, nizamnaməsi, sədri, katibi, maliyyə işləri, əlifba şrifti və s. məsələlərlə də bağlı suallar verilib. Cavablar demək olar ki, istintaqda İ.Rəhmovun, G.Abdullayevin, H.Zeynalovun söylədikləri ilə əsasən eynidir.

Saat 20:00-da başlayan istintaq saat 24:00-da başa çatıb.

K.Əliyevin bu cavablarından sonra müstəntiq ona 17 noyabr 1948-ci ildə Azərb. SSR cm-nin 72-ci maddəsinin 2-ci hissəsi və 3-cü maddələri ilə cinayət işinin qaldırılması haqqında qərar qəbul edib. 

Ertəsi gün beşinci istintaqda müstəntiq onu qərarla tanış edib soruşur ki, verilən ittihamla özünü günahkar hesab edirmi? Cavab “bəli” olub.

Növbəti istintaq 25 dekabr 1948-ci ildə həyata keçirilmişdir.

Müstəntiq ondan təşkilatın bütün üzvlərinin adlarını çəkməyi tələb edir. O, əvvəlki ifadəsində çəkdiyi adları təkrar edib. Ancaq bu dəfə Rzayev Kamil Əbdülbağı oğlunu əlavə edir. Onun haqqında geniş danışır. 

“Məni Abdullayev Gülhüseyn Hüseyn oğlu ilə məktəb yoldaşı Rzayev Kamil 1942-ci ildə tanış edib. O zamanlar mən Rzayev Kamilin M.Maqomayev küçəsindəki evinə tez-tez gedirdim. Orada hər dəfə Zeynalov Hacı ilə Gülhüseyn Abdullayevi görürdüm. Onlar nə barədəsə danışırdılar. Mən gələn kimi söhbəti dəyişirdilər. Onda başa düşdüm ki, onlar nəyi isə məndən gizlədirlər. 

Təxminən 1942-ci ilin yayında Rzayev Kamil Sovet ordusu sıralarına çağırıldı. Ondan sonra mən Gülhüseyn Abdullayevlə dostlaşdım. Sonra da o məni təşkilata cəlb etdi. 

Bundan sonra G.Abdulayev dedi: Mən Rzayev Kamilə məktub yazacağam ki, “İldırım yaşayır, sağdır, Əliyev Kamalla tanışdır. Onda Rzayev Kamil başa düşəcək ki, sən də təşkilatın üzvüsən”.

Bir neçə başqa sualdan sonra müstəntiq ondan G. Abdullayevin K.Rzayevi necə xarakterizə etməsini soruşub.

Cavab: “Gülhüseyn Abdullayev ondan antisovet millətçi görüşlü təşklatın üzvü kimi danışırdı. O deyirdi ki, hələ mən Kamil Rzayevgilə gələndə “İldırım” təşkilatı mövcud olub. Amma biz sənə hələ o vaxt etibar etmirdik, ona görə bunu səndən gizlədirdik. İndi artıq bu barədə sənə danışmaq olar”.

G.Abdullayev K.Əliyevə “məktub göndərdimi” sualına isə o, “dəqiq bilmirəm”  deyə cavab verib. 

Müstəntiq Gülhüseyn müəllimin K.Rzayevin “İldırım” təşkilatının üzvü olduğunu hansı iclasda, nə vaxt söyləməsi barədə ətraflı məlumat verməsini tələb edib. 

“Cavab: 1944-cü ilin yayında Musa Abdullayevin enində təşkilatın “And”ı qəbul olunanda onun məzmunu ilə bağlı İ.Rəhimov çıxış etdi. Sonra G.Abdullayev çıxış edib bildirdi ki, təşkilatın bir üzvü Sovet Ordusu sıralarındadır. Onun  Rzayev Kamal olduğunu dedi.”

Ondan soruşulan suallardan biri həmin iclasda kimlərin iştirak etməsi ilə bağlı olub. O, iştirakçıların adlarını qeyd etdikdən sonra K.Rzayevin ordudan nə zaman tərxis olunduğu haqqında suala  1947-ci il deyə cavab verib. 

.Əliyev verilən suala cavab olaraq ordudan qayıtdıqdan sonra K.Rzayevlə görüşdüyünü, onun ordu sıralarındakı fəaliyyətindən danışdığını bildirib. Maraqlı, işdəki saxtakarlığı üzə çıxaran sual-cavabdan biri bundan sonra baş verir. 

  

“Sual: Sən K.Rzayevə dedinmi ki, G.Abdullayev onun antisovet millətçi təşkilatın üzvü olduğunu söyləyib. Sənə G.Abdullayevin ona “İldırım” təşkilatı haqqında yazdığı məktub barədə nə məlumdur? Cavab: Heç nə demədim, soruşmadım. Sual: Onunla hansı antisovet millətçi söhbətlər aparmısan? Cavab: Heç bir antisovet millətçi söhbətim olmayıb. Onun antisovet millətçi görüşlərini Hacı Zeynalov və Gülhüseyn Abdullayev bilirdi”.

04 fevral 1949-cu ildə müstəntiq K.Əliyevə təşkilatın digər üzvləri kimi onun əvvəllər elan edilmiş cinayət işinə Azərb. SSR cm-nin 21-64-cü maddəsinin əlavə olunması  haqqında qərar qəbul edildiyini bildirib.

Elə həmin gün keçirilən yeddinci istintaqda müstəntiq təqsirləndiriləni qərarla tanış edib və ondan “özünü bu maddələrlə günahkar hesab edirsənimi?” deyə soruşanda “Bəli” cavabını alır. 

Bununla da Kamal Əliyevin istintaqı başa çatıb. 

12 oktyabr 1949-cu ildə Azərb. SSR DTN-i Azərb. SSR Ali Məhkəməsinin sədr müavini Quliyevə İ.Rəhimov və digərlərinin üç cilddən ibarət 1058 №-li arxiv-istintaq işini tanış olmaq üçün göndərib. Halbuki, bundan sonra da, təşkilatın digər üzvləri haqqında istintaq işi davam etmişdir.

(Davamı var)

Təqdim etdi:

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Noyabr 2024 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see193

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see178

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see153

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see152

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see141

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see138

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see135

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see135

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see134

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see133

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see131

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see130

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see125

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see125

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see124

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see123

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see122

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see121

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri