Icma.az
close
up
RU
Azərbaycanla ABŞ arasında strateji mərhələ: Yeni pəncərələr açılır

Azərbaycanla ABŞ arasında strateji mərhələ: Yeni pəncərələr açılır

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Dünya siyasi arenasında bu gün müşahidə olunan proseslər hər zamankından daha mürəkkəb, daha gərgin və daha həssasdır. Qlobal güclərin maraqlarının toqquşduğu, yeni təhlükələr və çağırışların meydana çıxdığı bir dövrdə hər bir dövlət öz mövqeyini möhkəmləndirmək, öz milli maraqlarını qorumaq üçün düzgün və uzaqgörən siyasət yürütməlidir. Bu reallıqlar fonunda Azərbaycan regionda həm siyasi, həm də iqtisadi baxımdan mühüm aktora çevrilmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində ölkəmiz bu gün sabitlik və təhlükəsizlik adası kimi tanınır. Azərbaycanın müstəqil xarici siyasət kursu, balanslaşdırılmış yanaşması və beynəlxalq əməkdaşlığa açıq mövqeyi ölkəmizin nüfuzunu daha da artırır. Elə bu səbəbdən də dünyanın aparıcı dövlətləri ilə qurulan münasibətlər xüsusi strateji əhəmiyyət kəsb edir.

Bu kontekstdə Azərbaycan–Amerika münasibətlərinin yeni mərhələyə daxil olması sadəcə ikitərəfli əlaqələrin inkişafı deyil, həm də bölgəmizin gələcəyi üçün mühüm strateji hadisə kimi qiymətləndirilməlidir. ABŞ dünyanın ən böyük iqtisadi gücünə, geniş siyasi və hərbi təsir imkanlarına malikdir. Onun Azərbaycanla əməkdaşlığının dərinləşməsi həm ölkəmizin milli maraqlarına xidmət edir, həm də regionda sabitlik və tərəqqi üçün yeni perspektivlər açır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu gün Azərbaycan–Amerika münasibətləri yeni və çox önəmli bir mərhələyə daxil olub:

"Bu, təkcə ikitərəfli əlaqələrin deyil, həm də bütün bölgəmizin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyan hadisədir. Dünyamız indiyədək olmadığı qədər gərgin və mürəkkəb proseslərdən keçir. Belə bir dövrdə, cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində Azərbaycan sabitlik və təhlükəsizlik adasına çevrilib. Ölkəmizdə əmin-amanlıq hökm sürür, xalqımızın rifahı təmin olunur".

"Ceyhun Məmmədov: Azərbaycan–Amerika əlaqələrinin dərin tarixi kökləri var"

Onun sözlərinə görə, məhz bu fon üzərində Amerika ilə əlaqələrin inkişafı strateji zərurət və böyük bir fürsət kimi çıxış edir. Bu münasibətlər yalnız Azərbaycan üçün deyil, bütövlükdə bölgə dövlətləri üçün əhəmiyyətli, strateji məqsədlər daşıyır. Azərbaycanın hazırkı inkişaf kursu və həyata keçirilən siyasət də məhz bu istiqamətə yönəlib:

"Azərbaycan–Amerika əlaqələrinin dərin tarixi kökləri var. Hər zaman bu münasibətlər güclü olub, daim inkişaf edib. Bu gün isə yeni mərhələ, yeni imkanlar açılır. Enerji sahəsində, təhlükəsizlik istiqamətində, iqtisadi və siyasi müstəvilərdə mövcud əməkdaşlıq bundan sonra daha da möhkəmlənəcək".

Parlament üzvü qeyd edib ki, qarşıdakı illərdə Azərbaycan–Amerika münasibətləri özünün ən parlaq dövrlərindən birinə qədəm qoyacaq. Bu da bir daha sübut edir ki, cənab Prezidentin həyata keçirdiyi siyasət Azərbaycanın milli maraqlarını qorumaqla yanaşı, ölkəmizi beynəlxalq münasibətlərdə mühüm bir mərkəzə çevirir.

Məsələnin iqtisadi spesifikası ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı-ekspert Xalid Kərimli diqqətə çatdırıb ki, Amerika böyük və zəngin dövlətdir, dünyanın bir nömrəli iqtisadiyyatına sahibdir. Onun güclü maliyyə resursları, siyasi və hərbi gücü var. Təbii ki, əgər Amerika ilə dediyiniz formada strateji tərəfdaşlıq yaransa, bu, Azərbaycanın maraqlarına xidmət edə bilər. Amerikanın Zəngəzur dəhlizinə maraq göstərməsi, ümumilikdə regiona marağının göstəricisidir:

"Hazırda Amerikanın ən böyük rolu məhz Zəngəzur dəhlizinin açılmasında ola bilər. Bunun Azərbaycana çox ciddi müsbət nəticələr gətirməsi mümkündür.  Naxçıvanın blokadadan çıxması, iqtisadi və ticarət əlaqələrin genişlənməsi, qonşu dövlətlərlə münasibətlərin inkişafı və tranzit imkanlarının artması gerçəkləşər.  Əgər ABŞ bu prosesi sürətləndirə bilsə, ölkəmiz üçün böyük faydalar əldə olunar".

Xalid Kərimli: "Nə qədər çox ABŞ şirkəti Azərbaycana gəlsə, bir o qədər Amerika ilə münasibətlər dərinləşər"

Onun sözlərinə görə, digər vacib məqam isə Amerikanın iri şirkətlərinin Azərbaycana qayıtmasıdır. Son bir ayda imzalanmış müqavilə və memorandumlar göstərir ki, ABŞ-ın məşhur şirkətləri yenidən enerji sektoruna maraq göstərir. Xatırladım ki, vaxtilə “Əsrin müqaviləsi”ndə iştirak edən “Exxon” sonradan payını satıb çıxmışdı, indi isə yenidən cəlb olunması investisiya deməkdir. ABŞ şirkətlərinin ölkədə fəaliyyət göstərməsi təkcə iqtisadi deyil, həm də siyasi və beynəlxalq əlaqələrin möhkəmlənməsinə xidmət edir:

"Nə qədər çox ABŞ şirkəti Azərbaycana gəlsə, bir o qədər Amerika ilə münasibətlər dərinləşər. Bunun ardınca Avropanın digər şirkətləri də bölgəyə daha istəkli şəkildə gələ bilər. Çünki Amerikanın bölgədə iştirakı, digər investorlar üçün də bir növ yaşıl işıqdır. Ümumiyyətlə, Amerika beynəlxalq təşkilatlarda ciddi təsir imkanlarına malikdir. Onun bölgəyə maraq göstərməsi Azərbaycanın inkişafı və mövqelərinin güclənməsi baxımından mühüm perspektivlər yarada bilər. Amma bütün bunlar gələcəyin məsələləridir – olacaqmı, olmayacaqmı, bunu zaman göstərəcək".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Avqust 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri