Icma.az
close
up
RU
Azərbaycanla bağlı dəyişən strategiya

Azərbaycanla bağlı dəyişən strategiya

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Dünyada regional güc mərkəzlərinin yenidən formalaşması qlobal dövlətlərin xarici siyasətinə ciddi təsir göstərib. Xüsusilə Avrasiyanın mərkəzində və ona yaxın ərazilərdə yerləşən bölgələrin enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri baxımından artan rolu, beynəlxalq münasibətlərdə yeni yanaşmaların yaranmasını zəruri edib. ABŞ-ın bu bölgəyə yanaşmasında köklü dəyişikliklər də bundan xəbər verir. Artıq Ağ Ev Mərkəzi Asiyaya dar coğrafiya kimi deyil, daha geniş siyasi-iqtisadi və geostrateji məkan kimi baxır.

Soyuq müharibədən sonra ABŞ-ın Mərkəzi Asiya siyasəti əsasən, sovet dövründən qalma yanaşmalara söykənirdi. Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla məhdudlaşan bu baxış regionun real geosiyasi çəkisini tam əks etdirmirdi. Son otuz ildə bölgədə baş verən proseslər göstərdi ki, bu yanaşma aktuallığını itirib. Xüsusilə Azərbaycanın region ölkələri ilə özünü vahid siyasi-iqtisadi məkanın tərkib hissəsi kimi görməsi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində oynadığı mühüm rol Böyük Mərkəzi Asiya anlayışının formalaşmasını obyektiv zərurətə çevirib.

Yeni baxışa əsasən, Mərkəzi Asiya yalnız beş postsovet dövləti və Azərbaycanla məhdudlaşmamalı, eyni zamanda, regionda geosiyasi əhəmiyyət daşıyan ölkələri də əhatə etməlidir. Bu dövlətlər nəqliyyat-kommunikasiya xətləri, liman infrastrukturu, iqtisadi maraqlar və tarixi geosiyasi tərəfdaşlıqlar vasitəsilə regionun xarici dünya ilə əlaqələrini təmin edən mühüm cinahlar rolunu oynayır. Bu baxımdan region Avropa ilə Asiyanı birləşdirən açıq və çevik geosiyasi platforma kimi çıxış edir və onun strateji əhəmiyyətini artırır.

Regionun geosiyasi əhəmiyyətini artıran başlıca faktorlardan biri də onun nüvə silahına malik və ya bu potensiala yaxın olan dövlətlərlə əhatə olunmasıdır. Çin, Rusiya, Hindistan və Pakistan artıq nüvə dövlətləridir, İran bu statusa can atır, Türkiyə isə nüvə texnologiyaları sahəsində artan imkanlara malikdir. Belə mühitdə bölgədə baş verə biləcək hər hansı münaqişə qlobal təhlükəsizlik üçün ciddi risklər yaradır. Bu baxımdan, sabitliyin qorunması təkcə regional deyil, beynəlxalq təhlükəsizliyin də mühüm şərtidir.

Müasir dövrdə ABŞ-ın Mərkəzi Asiyaya yönəlmiş strateji maraqları təkcə siyasi deyil, həm də dərin iqtisadi əsaslara söykənir. Regionun enerji daşıyıcıları, nadir torpaq elementləri, uran və litium kimi strateji resurslarla zənginliyi Vaşinqton üçün qlobal texnoloji zəncirin təhlükəsizliyi baxımından əhəmiyyət kəsb edir. Xüsusilə Qazaxıstan və Özbəkistan kimi ölkələrin bu sahədəki potensialı ABŞ-ın iqtisadi təhlükəsizlik strategiyasında mühüm yer tutur. Bu kontekstdə Orta Dəhliz kimi alternativ nəqliyyat marşrutlarının inkişafı regionun dünya bazarlarına inteqrasiyasını sürətləndirməklə yanaşı, ticarət və logistik balansın formalaşmasına da ciddi töhfə verir.

ABŞ-ın regiondakı iqtisadi fəaliyyətinin əsas hərəkətverici qüvvəsi dövlətlərarası razılaşmalardan daha çox özəl sektorun və iri korporasiyaların investisiya imkanlarıdır. Amerika Birləşmiş Ştatları regionun iqtisadi dayanıqlığını Avropa və Cənubi Asiya ilə əlaqələndirən ticarət dəhlizlərinə, limanlara və tranzit məntəqələrinə özəl investisiyaların cəlb edilməsi vasitəsilə artırmağı hədəfləyir. Bu strateji xəttin tərkib hissəsi olaraq, Donald Tramp administrasiyası yaxın üç il ərzində Mərkəzi Asiyada biznes mövcudluğunu maksimum dərəcədə gücləndirməyi planlaşdırır. Bişkekdə keçirilən “B5+1” forumu zamanı ABŞ-ın xüsusi səfiri Serxio Qor tərəfindən səsləndirilən fikirlər də təsdiqləyir ki, Vaşinqton bölgəni xarici iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi qəbul edir.

Yeni iqtisadi mərhələdə əməkdaşlığın ən perspektivli sahələri kimi elektron ticarət, süni intellekt texnologiyaları, strateji mineral resursların hasilatı, kənd təsərrüfatı və nəqliyyat infrastrukturunun modernləşdirilməsi müəyyən edilib. Bişkek forumunda imzalanan və ümumi dəyəri 40 milyard ABŞ dollarını ötən 20-dən çox müqavilə bu əməkdaşlığın miqyasını əyani şəkildə nümayiş etdirib. ABŞ hökuməti bölgədə fəaliyyət göstərən Amerika şirkətlərinin investisiya risklərini azaltmaqla, Mərkəzi Asiya ilə tarixində heç vaxt olmadığı qədər yüksək səviyyəli və praktik nəticələrə söykənən iqtisadi tərəfdaşlıq qurur.

Onu da qeyd edək ki, region təhlükəsizlik baxımdan da ABŞ üçün strateji əhəmiyyət daşıyır. Regionun Yaxın Şərq, Cənubi Asiya və Əfqanıstanla coğrafi yaxınlığı radikal ideologiyaların yayılması üçün əlverişli zəmin yaradır. Bu təhlükə həm region dövlətlərini, həm də Qərbi ciddi şəkildə narahat edir. ABŞ-ın aparıcı Mərkəzi Asiya ölkələri ilə koordinasiyalı şəkildə terrorla mübarizə aparması bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, ABŞ-ın qlobal təhlükəsizlik strategiyasında Çinə qarşı rəqabətin güclənməsi Mərkəzi Asiyanın rolunu daha da artırır. Çin üçün Avropaya və Yaxın Şərqə gedən əsas yolların bu regiondan keçməsi onu Pekinin qlobal ambisiyalarında mühüm tranzit və təsir məkanına çevirir. ABŞ isə alternativ ticarət dəhlizləri və şaxələndirilmiş resurs təchizatı vasitəsilə bu üstünlüyü balanslaşdırmağa çalışır.

Bütün bunlar göstərir ki, Mərkəzi Asiya anlayışı təkcə coğrafi termin deyil, formalaşmaqda olan yeni geosiyasi reallıqların ifadəsidir. Bu geosiyasi rellıqda əsas rollardan birini Azərbaycan oynayacaq. Cünki Azərbaycan Mərkəzi Asiya resurslarının (neft, uran və nadir metallar) Rusiya ərazisinə daxil olmadan birbaşa Avropa bazarlarına çıxışını təmin edən etibarlı qovşaqdır. Orta Dəhliz Avropaya yükdaşıma müddətinə görə dəniz yolu ilə müqayisədə daha sərfəlidir. Bu da ABŞ şirkətləri üçün vaxt və xərc səmərəliliyi deməkdir. Zəngəzur dəhlizinin işə düşməsi isə bütün tərəflər üçün yeni imkanlar açacaq. BMTM-in şöbə müdiri Vasif Hüseynov qeyd edib ki, layihə suverenlik və qarşılıqlılıq prinsiplərinə əsaslanan iqtisadi və infrastruktur təşəbbüsü kimi təqdim edilsə də, Avrasiyanın əsas geosiyasi kəsişmə nöqtələrindən birində uzun illər formalaşmış qüvvələr balansına birbaşa təsir göstərir. Azərbaycanın iştirakı beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni imkanlar, geniş əməkdaşlıq deməkdir.

Mövzu ilə bağlı iqtisatşı ekspert Mahir Zeynalov XQ-yə bildirdi ki, Mərkəzi Asiyanın iqtisadi potensialının artması və bu regionun qlobal bazarlara inteqrasiyası müasir dünya nizamında ABŞ-ın strateji maraqlarının mərkəzində dayanır: “ABŞ üçün Azərbaycan təkcə enerji mənbəyi deyil, həm də Mərkəzi Asiyaya açılan ən təhlükəsiz və yeganə müstəqil logistik qapıdır. ABŞ-ın regiondakı əsas prioriteti Çin və Rusiyadan asılı olmayan alternativ dəhlizlərin təhlükəsizliyini təmin etməkdir ki, bu da birbaşa Azərbaycanın infrastruktur gücü ilə bağlıdır. Strateji baxımdan ABŞ Azərbaycanın Orta Dəhlizdəki dominant rolunu özünün iqtisadi təhlükəsizlik maraqlarına uyğun hesab edir. ABŞ-ın logistika nəhəngləri və investisiya şirkətlərinin Azərbaycanın modernləşdirilmiş liman və dəmir yolu infrastrukturuna marağı artır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücünün 25 milyon tona çatdırılması və Orta Dəhlizin imkanlarının genişləndirilməsi ABŞ-ın regiondakı ticarət dövriyyəsini sürətləndirmək və Amerika mallarının Mərkəzi Asiya bazarlarına maneəsiz çatdırılmasını təmin etmək maraqlarına xidmət edir.

Eyni zamanda, enerji təhlükəsizliyi sahəsində ABŞ-ın maraqları Azərbaycanın yaratdığı Cənub Qaz Dəhlizi üzərində cəmlənib. Bu dəhlizin gələcəkdə Mərkəzi Asiyanın karbohidrogen resurslarını da qəbul edə biləcək potensiala malik olması ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji asılılığını azaltmaq strategiyasının əsas hədəfidir. Vaşinqtonun “Tramp marşrutu” (TRIPP) kimi konseptual yanaşmaları və “C5+1” formatında Azərbaycanın iştirakını arzulaması çox şeydən xəbər verir”.

Beləliklə, Azərbaycanın təklif etdiyi logistik və strateji imkanlar ABŞ-ın Avrasiyadakı milli maraqlarının təmin olunması üçün əvəzolunmaz imkandır.

Pünhan ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Fevral 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see442

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see258

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see254

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see241

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see238

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see237

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see237

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see234

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see233

Payızda dəriyə qulluq necə edilməlidir?

18 Sentyabr 2026 11:25see233

Evdə ayaqyalın gəzmək faydalıdır? Həkimdən cavab

18 Sentyabr 2026 14:03see231

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see226

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see219

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see218

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see215

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see215

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see208

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see200

Ağız qoxusuna səbəb olan əsas amil AÇIQLANDI

18 Sentyabr 2026 12:36see196

Miqrenin inteqrativ müalicəsi: Baş ağrısını yox, səbəbini müalicə etmək lazımdır!

18 Sentyabr 2026 17:25see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri