Azərbaycanla bağlı İtaliyadan mühüm HƏRBİ ADDIM
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan və İtaliya hərbi-mülki əməkdaşlıq sahəsində təcrübə mübadiləsi aparıb.
"Yeni Sabah" xəbər verir ki, təlim iki ölkənin Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən keçirilib.
Təlimdə hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə hərbi ekspertlər, eləcə də Azərbaycanın Müdafiə Nazirliyinin baş idarə, idarə və qoşun növlərinin hərbi qulluqçuları iştirak ediblər. Toyuqlu pizza
Şəxsi Heyət Baş İdarəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində təşkil olunan tədbirdə hərbi əməliyyatların planlaşdırılması və icrası zamanı hərbi-mülki əməkdaşlığın rolu, mülki əhali və müvafiq qurumlarla qarşılıqlı fəaliyyətin təşkili, həmçinin mülki infrastrukturla bağlı məsələlər müzakirə olunub.
İtaliyalı hərbi ekspertlər CIMIC-in əsas prinsipləri, tətbiq mexanizmləri və beynəlxalq təcrübə barədə təqdimatlar ediblər. Təlim qrupları praktiki tapşırıqları yerinə yetirib.
Görüşdə, həmçinin Azərbaycan və İtaliya arasında bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi, qarşılıqlı mübadilənin genişləndirilməsi və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. İştirakçıların sualları ekspertlər tərəfindən cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 06 Noyabr 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















