Azərbaycanla əməkdaşlığın hər sahədə inkişafına davam edəcəyik Türkiyənin yeni səfiri AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Bu şərəfli vəzifəmizi yerinə yetirəcəyimiz müddətdə Türkiyə ilə Azərbaycanın əməkdaşlığının, dostluğunun və müttəfiqliyinin hər bir sahədə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişafını davam etdirəcəyik”.
“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgün “X” səhifəsində yazıb.
O, həmçinin yeni təyinatı münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və xarici işlər naziri Hakan Fidana təşəkkür edib.
Qeyd edək ki, B.Akgün yanvarın 11-də Azərbaycana yeni səfir təyin olunub. O, fevralda vəzifəsinin icrasına başlayacaq.
Bundan əvvəl diplomat Türkiyə Maarif Fondunun sədri olub.

Türkiyənin yeni səfiri: Azərbaycanla əməkdaşlığın hər sahədə inkişafına davam edəcəyik
13 Yanvar 2025 21:21
Azərbaycanla əməkdaşlığın davam etməsinə sadiqik ABŞ
31 Dekabr 2024 13:04
Nazir: Türkiyənin Azərbaycanla əlaqələri hər sahədə ən yüksək səviyyədədir
12 Noyabr 2024 17:27
Alparslan Bayraktar: Türkiyənin Azərbaycanla əlaqələri hər sahədə ən yüksək səviyyədədir
12 Noyabr 2024 17:15
Hindistan Azərbaycanla mədəni əməkdaşlığın genişləndirilməsində maraqlıdır
06 Mart 2025 10:26

