Nazir: Türkiyənin Azərbaycanla əlaqələri hər sahədə ən yüksək səviyyədədir
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Türkiyənin Azərbaycanla əlaqələri hər sahədə ən yüksək səviyyədədir. Həm Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında xüsusi münasibət var və onların liderliyində də hər iki ölkənin müdafiə sənayesi, digər sahələrdə böyük sürətlə irəliləyir”
Bunu APA-ya eksklüziv müsahibəsində Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
Nazir bildirib ki, enerji sahəsi də bunlardan biridir: “Xüsusilə bizim Azərbaycanla təbii qaz sahəsində ortaq əməkdaşlığımızı qeyd etməliyəm. Azərbaycan Türkiyənin təbii qazı üçün çox mühüm ölkədir. Eyni zamanda Azərbaycan Avropanın da təbii qaz təchizatında mühüm ölkədir. Azərbaycanın təbii qazı Türkiyə üzərindən Avropaya nəql olunur. Bununla yanaşı biz iki ölkə arasında elektrik sahəsində də əməkdaşlığı artırmaq üçün çalışırıq. Xüsusilə Naxçıvanda çox mühüm günəş potensialı var. Burada Günəş enerjisindən alınan elektrik enerjisini Türkiyəyə, Türkiyə üzərindən də Avropaya nəql olunması ilə bağlı yaşıl enerji layihələrini müzakirə edirik. Həmçinin, Azərbaycanın Xəzərdə çox mühüm dənizüstü külək potensialı var. Bu potensialın da iki ölkə arasında qurulacaq elektrik ötürücü şəbəkələri ilə bir-birinə bağlanması həm Türkiyənin, həm də Avropanın da elektrik enerjisinə ehtiyacını təmin etməsi layihəsi əsas olaraq qalır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 12 Noyabr 2024 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















