Icma.az
close
up
RU
Azərbaycanla Kolumbiya arasında biznes və investisiya sahəsində əlaqələrin gücləndirilməsi müzakirə edilib AZƏRTAC

Azərbaycanla Kolumbiya arasında biznes və investisiya sahəsində əlaqələrin gücləndirilməsi müzakirə edilib AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 21 dekabr, AZƏRTAC

“İkitərəfli işgüzar münasibətlərin genişləndərilməsi, eləcə də azərbaycanlı sahibkarlarla birbaşa ticari-iqtisadi əlaqələrin qurulmasında maraqlıyıq”.

AZƏRTAC xəbər verir ki, bu barədə Kolumbiyanın Tunxa Ticarət Palatasının sədri Con Martines qamətgahı Mexiko şəhərində olmaqla, Azərbaycanın Kolumbiyadakı səfiri Məmməd Talıbovla görüşündə deyib. Yerli şirkətlər və iş adamları tərəfindən istehsal edilən məhsullar, onların keyfiyyət göstəriciləri, o cümlədən ixrac potensialı barədə ətraflı məlumat verilib, vizual təqdimatlar keçirilib. Həmçinin tədbir zamanı şəhərdə yaradılmış Azad İqtisadi Zonanın və Aqroparkın fəaliyyətindən bəhs edilib, ixracyönümlü aqrar istehsal məhsulları – qəhvə, müxtəlif növ güllər, orqanik sertifikatlı quru və konservləşdirilmiş meyvələr, spirtli içkilər və s. nümayiş etdirilib.

Səfir M.Talıbov iki ölkə arasında ticari-iqtisadi əlaqlərin və investisiya tərəfdaşlığının inkişafı üçün geniş potensial olduğunu vurğulayıb. Ölkəmizdə son illərdə aqrar sektorda, qeyri-neft sənayesində istehsal və ixrac imkanlarının əhəmiyyətli dərəcədə artıdığını qeyd edən diplomat Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühiti, tranzit və nəqliyyat-logistika imkanları, bu kontekstdə Azərbaycanın geosiyasi mövqeyinin təqdim etdiyi əlavə üstünlüklər, eləcə də Ələt Azad İqtisadi Zonasının azad ticarət imkanları barədə ətraflı məlumat verib.

Tədbir ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının, biznes və investisiya sahəsində əlaqələrin gücləndirilməsi ilə bağlı səmərəli müzakirələrlə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Dekabr 2024 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see328

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see236

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see190

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see150

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see148

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see146

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see143

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see141

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see138

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see134

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see132

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see132

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see131

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see131

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see130

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see129

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see129

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri