Icma.az
close
up
RU
Azərbaycanla Madaqaskar arasında fövqəladə hallarla mübarizə sahəsində əlaqələrin qurulması müzakirə olunub

Azərbaycanla Madaqaskar arasında fövqəladə hallarla mübarizə sahəsində əlaqələrin qurulması müzakirə olunub

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Madaqaskar Respublikası Daxili İşlər Nazirliyinin Şəhər dözümlülüyü, davamlılıq və risklərin idarə edilməsi üzrə Milli bürosunun baş direktoru, diviziya generalı Olivier Andriakaja Elak ilə görüşüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

K.Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla keçirilən qlobal tədbir – COP29-da Madaqaskar DİN-in Şəhər dözümlülüyü, davamlılıq və risklərin idarə edilməsi üzrə Milli bürosunun təmsilçilərinin iştirakının yüksək qiymətləndirildiyini qeyd edib.

Nazir Azərbaycan Fövqəladə Hallar Nazirliyinin strukturu və fəaliyyəti barədə ətraflı məlumat verib, iki ölkənin uyğun qurumları arasında fövqəladə hallarla mübarizə sahəsində əlaqələrin qurulması və inkişafı üçün mövcud potensialı vurğulayıb.

Səmimi görüşə görə təşəkkür edən Madaqaskar Daxili İşlər Nazirliyi Şəhər dözümlülüyü, davamlılıq və risklərin idarə edilməsi üzrə Milli bürosunun baş direktoru diviziya generalı Olivier Andriakaja Elak COP29-da iştirakdan məmnunluq ifadə edib, mötəbər tədbirin Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunduğunu deyib. Qonaq rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində iki qurum arasında münasibətlərin formalaşdırılmasının əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Daha sonra qonaq FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və əməliyyat zalı, ictimaiyyətlə əlaqə idarəsinin multi-media mərkəzinin fəaliyyəti ilə yerində tanış olub.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://report.az
archiveBu xəbər 20 Noyabr 2024 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see221

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see195

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see186

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see182

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see181

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see161

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see159

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see146

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see141

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see141

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see139

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see138

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see137

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see134

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see131

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see124

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri