Icma.az
close
up
RU
Baş həkimin ölkədən çıxışına qadağa qoyulub, keçmiş mühasib barəsində cinayət işi açılıb

Baş həkimin ölkədən çıxışına qadağa qoyulub, keçmiş mühasib barəsində cinayət işi açılıb

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Mehriban Abdullayevanın ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq edilib. Məlum olub ki, xəstəxanın keçmiş mühasibi barəsində də cinayət işi açılıb.

Teleqraf xəbər verir ki, Abdullayeva Mehriban Kamal qızının rəhbərlik etdiyi xəstəxananın dövlət büdcəsinə vergiyə görə 22 min manat, Dövlət Sosial Müdafiə Fonduna isə 57 min manat vergi borcu yaranıb. Borcun ödənilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə müraciət edib.

Vergi orqanı tərəfindən borcun ödənilməsi üçün Mehriban Abdullayevaya beş gün müddət verildiyi, bu müddətdə ödəniş təmin olunmadığından onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edildiyi bildirilib.

Məhkəmənin qərarına əsasən, 1986-cı ildə Şərur rayonunda anadan olmuş, Bakı şəhəri Yasamal rayonunda qeydiyyatda olan Mehriban Abdullayevanın borc tam ödənilənədək ölkədən çıxışına qadağa qoyulub.

Məhkəmə, həmçinin bildirib ki, bu tədbirin məqsədi rəhbər şəxsi cəzalandırmaq deyil, hüquqi şəxsin vergi öhdəliklərinin icrasını təmin etmək və rəhbəri borcun ödənilməsi üçün aktiv addımlar atmağa sövq etməkdir. Qərarda qeyd olunub ki, vergi borcunun yaranmasında rəhbərin təqsirli olub-olmaması bu halda hüquqi əhəmiyyət daşımır.

Aşağı instansiya məhkəmələri Mehriban Abdullayevanın şikayətini təmin etməyib. Son olaraq Ali Məhkəməyə də Abdullayevanın kassasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, Mehriban Abdullayeva şikayətində xəstəxananın mühasibi barəsində cinayət işi açıldığını, özünün isə həmin iş üzrə yalnız şahid qismində cəlb edildiyini və borcun yaranmasında təqsirinin olmadığını bildirib.

Xəstəxananın keçmiş mühasibi barəsində mənimsəmə ittihamı ilə cinayət işi açıldığı bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see473

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see252

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see221

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see184

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see158

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see155

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see151

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see137

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri