Azərbaycanla İsrail arasında iqtisadi əlaqələrin perspektivləri müzakirə olunub YENİLƏNİB
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İsrailə işgüzar səfər edib. Səfər çərçivəsində İsrail rəsmiləri ilə bir sıra görüşlər keçirilib, tərəfdaşlığın gücləndirilməsinə dair müzakirələr aparılıb.
“APA-Economics” xəbər verir ki, İsrailin Maliyyə Nazirliyində nazir, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri Zeev Elkin ilə görüşdə İsraillə müxtəlif istiqamətlər üzrə əlaqələrin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Birgə Komissiyanın fəaliyyəti, ikitərəfli iqtisadi əlaqələrin perspektivləri və biznes tərəfdaşlığının potensialının reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.
İsrailin xarici işlər naziri Qideon Saarla görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin, iqtisadi-ticarət əlaqələrinin genişlənməsindən məmnunluq ifadə edilib. Tərəflər qarşılıqlı iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsi, birgə layihələrin ölkələrimiz və region üçün perspektivləri barədə fikirlərini bölüşüblər. Azərbaycanın əlverişli geoiqtisadi mövqeyi və qlobal ticarətdə artan tranzit potensialı qeyd olunub.
***
14.13
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsraildə işgüzar səəfərdədir.
“APA-Economics” xəbər verir ki, bu barədə nazir “X” sosial səbəkəsində paylaşım edib.
“İsrail dövlətinə işgüzar səfərimiz zamanı bu ölkənin Maliyyə Nazirliyində nazir, Azərbaycan – İsrail Birgə Komissiyasının həmsədri Zeev Elkin ilə görüşməkdən məmnun olduq.
Azərbaycan – İsrail Birgə Komissiyasının fəaliyyəti, ikitərəfli iqtisadi əlaqələrin perspektivləri və biznes tərəfdaşlığının potensialının reallaşdırılması barədə fikirlərimizi bölüşdük”, - paylaşımda qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 20 Noyabr 2025 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















