Icma.az
close
up
RU
Azərbaycanla müharibə hazırlığı: “Hədəfləri dəhlizdir”

Azərbaycanla müharibə hazırlığı: “Hədəfləri dəhlizdir”

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransanın Azərbaycana qarşı Ermənistanı silahlandırması və ona öldürücü silahlar verməsi, Parisin Cənubi Qafqazda sülh istəmədiyini göstərir. Həmçinin Fransa Qərbin müəyyən təşkilatlarında, xüsusən Avropa Parlamentində Azərbaycana qarşı qətnamələrin qəbulu və ölkəmiz əleyhinə kampaniyaların arxasında durur.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert qeyd edib ki, bunlarla kifayətlənməyən Makron Fransası Azərbaycan qazının Avropaya ixracnın qarşısını almaq üçün hərəkətə keçib:

“Fransa Ermənistan üzərindən Cənubi Qafqazda özünə yer eləmək və nəqliyyat dəhlizlərinə nəzarət planını həyata keçirməyə çalışır. Fransa bununla birbaşa Mərkəzi Asiyaya çıxmaq, Qazaxıstandan uran və Özbəkistandan bəzi təbii ehtiyatların quru yolla daşınmasını təmin etməyə çalışır. Makronun bir neçə ay əvvəl Qazaxıstan və Özbəkistana səfərində bu ölkələrdən Fransaya uran ixracı barədə razılaşma əldə edilib.

Afrikada geosiyasi mövqelərini itirən Parisin diqqətini Cənubi Qafqaz və Mərkəzi Asiyaya yönəldib. Görünən budur ki, Fransa imperializm siyasətini davam etdirməyə çalışır. Azərbaycan və Türkiyə isə bunun qarşısını alır, Makronu hiddətləndirən budur. Paris buna görə də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına qarşı çıxır. Çünki bu müqavilə Türkiyənin regional mövqeyini daha da gücləndirəcək və Fransanın Ermənistana təsir imkanlarını sıfırlayacaq. Bunun önünə keçməyə çalışan Fransa Ermənistanı silahlandırır və yeni müharibə üçün zəmin yaratmağa çalışır”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan-Türkiyə hərbi-siyasi ittifaqı, Cənubi Qafqaz və Mərkəzi Asiyada türk birliyi əsasında güclənən yeni nizam Fransa və digər radikal mərkəzlərin addımlarını önləyə biləcək:

“Fransa Cənubi Qafqazda Azərbaycan-Türkiyə ittifaqının qarşısına keçəcək gücdə deyil. Ermənistan bu baxımdan təsiredici faktor sayılmır. Son bir ildə İsraildən ağır zərbələr alan, Suriyadakı mövqelərini itirən İranın zəifləməsi də Fransanın Ermənistan siyasətinə ağır zərbə oldu. Planları pozulan Fransa çıxış yolu axtarır, Ermənistan isə onu çıxmaza aparır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 23 Dekabr 2024 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri