Azərbaycanla sərhədin delimitasiyasından danışdı
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan və Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin sürətləndirilməsi barədə razılığa gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə keçirilən Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
“Sizə məlumdur ki, son illər sərhədin delimitasiyası və demarkasiyası baxımından irəliləyiş olmayıb. Biz sürətli irəliləyiş əldə etmək istəyirik. Bununla bağlı Azərbaycan tərəfinə müraciət və çağırış etdik. Buna çox dostcasına bir cavab aldıq. Nəticə etibarilə, sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı proseslərin sürətləndirilməsi ilə bağlı razılığa gəldik”, - o bildirib.
Kobaxidze Azərbaycanla dövlət sərhədinin demarkasiyası və delimitasiyası prosesində əsas müzakirə mövzusunun iki ölkənin sərhədində yerləşən David Qareci kompleksi olduğunu qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 30 Oktyabr 2026 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















