FIFA üç ölkədə DÇ 2030 un stadionlarına baxış keçirəcək
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
FIFA 2030-cu ildə keçiriləcək dünya çempionatının oyunlarına ev sahibliyi etmək üçün namizəd olan şəhərlərə bir sıra yoxlama səfərləri təşkil edir.
Sportal.az xəbər verir ki, bu qiymətləndirmələr noyabr və dekabr aylarında Mərakeş, İspaniya və Portuqaliyada həyata keçiriləcək.
Səfərlər zamanı ali futbol qurumunun nümayəndələri turnir üçün təklif olunan infrastrukturu qiymətləndirəcəklər. Xüsusi diqqət stadionlara, nəqliyyat əlaqələrinə, otel yerləşdirmə imkanlarına və logistikaya yönəldiləcək.
İdman obyektlərinin yoxlanılması ilə yanaşı, FIFA nümayəndə heyəti yerli, regional və milli hakimiyyət orqanları ilə müzakirələr aparacaq. Bu danışıqlarda həmçinin stadion operatorları, nəqliyyat şirkətləri və mundiala hazırlıq prosesinə töhfə verən digər tərəfdaşlar da iştirak edəcəklər.
DÇ-2023-a Mərakeş, İspaniya və Portuqaliya birgə ev sahibliyi edəcəklər. Bu yoxlamalar FIFA-ya infrastrukturun hazırlıq səviyyəsini qiymətləndirməyə və təklif olunan obyektlərin turnirin tələblərinə nə dərəcədə cavab verdiyini müəyyən etməyə kömək etmək məqsədi daşıyır.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 30 Oktyabr 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















