“Mixaylo”ya həsr olunan sənədli filmin təqdimatı olacaq
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 2-də əfsanəvi partizan Mehdi Hüseynzadəyə (“Mixaylo”) həsr olunan “Onların Mehdisi, bizim Mixaylomuz” (“Njihov Mehdi, naš Mihajlo”) sənədli filmin premyerası keçiriləcək.
Kino Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, “RTV Slovenija”nın istehsal etdiyi film İkinci Dünya müharibəsi illərində Sloveniya xalqı ilə çiyin-çiyinə vuruşmuş igid Azərbaycan oğlunın qəhrəmanlıq yoluna işıq salır.
Çəkilişlər 2026-cı ilin martında Bakıda, Abşeron rayonunun Novxanı kəndi, Oğuz və İsmayıllı rayonlarında aparılıb.
Sənədli filmin ərsəyə gəlməsinə Mədəniyyət Nazirliyi, nazirliyin tabeliyində Kino Agentliyi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, Azərbaycan Dövlət Film Fondu və digər qurumlar tərəfindən dəstək göstərilib.
Filmin təqdimatı noyabrın 2-də Nizami Kino Mərkəzində baş tutacaq. Giriş sərbəstdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 30 Oktyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















