Icma.az
close
up
RU
Azərbaycanla Türkiyə arasında gənclər və idman sahələrində protokol imzalanıb FOTO

Azərbaycanla Türkiyə arasında gənclər və idman sahələrində protokol imzalanıb FOTO

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İyunun 18-19-da Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

İdman.biz xəbər verir ki, səfərin ilk günündə ADA Universitetində Azərbaycan ilə Türkiyə arasında gənclər və idman sahələrində əməkdaşlığa dair İşçi Qrupunun 3-cü iclası keçirilib.

Tədbirdə hər iki ölkənin Gənclər və İdman Nazirliklərini təmsil edən nümayəndələr, o cümlədən nazir müavinləri, aidiyyəti struktur bölmələrin rəhbərləri iştirak ediblər.

İclas zamanı tərəflər gənclər və idman siyasəti, qeyri-formal təhsil, mübadilə proqramları, eləcə də birgə layihələr və fəaliyyətlər barəsində fikir mübadiləsi aparıblar. Hər iki tərəf əvvəlki görüşlərdə əldə olunan razılaşmaların icra vəziyyətini müzakirə edib və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdiriblər. İclasda Türkiyə və Azərbaycan nümayəndələri təqdimatlarla çıxış edərək əməkdaşlıq üzrə yeni təkliflər irəli sürüblər.

İyunun 19-da iki ölkənin nazir müavinləri Fərhad Hacıyev və Enes Eminoğlu arasında görüş keçirilib. Görüşdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb və növbəti iclasın Türkiyədə keçirilməsi barədə razılıq əldə olunub. Tədbirin sonunda növbəti bir il ərzində ölkələrimiz arasında gənclər və idman sahələrində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutan protokol imzalanıb.

Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti Bakı şəhərinin tarixi məkanları ilə tanış olub və bir sıra tədbirlərdə iştirak edib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 İyun 2025 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri