Icma.az
close
up
RU
Azərbaycanlı 500 min dolalların müqabilində ABŞ da cinayət törədib

Azərbaycanlı 500 min dolalların müqabilində ABŞ da cinayət törədib

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-nin Federal Məhkəməsi Gürcüstan vətəndaşı, əslən azərbaycanlı olan 40 yaşlı Polad Ömərov və Azərbaycan vətəndaşı 46 yaşlı Rafət Əmirovu İran hökumətinin dəstəyi ilə Nyu-Yorkda iranəsilli amerikalı jurnalist və fəal Məsih Alinecada qarşı sui-qəsdin təşkilində təqsirli hesab edib.

Gununsesi.info bildirir ki,

Onlara qarşı ümumilikdə beş maddə – sifarişli qətl, sifarişli qətlin yerinə yetirilməsi məqsədilə sözləşmə, çirkli pulların yuyulması məqsədilə sözləşmə, hədə-qorxu ilə tələb etmək məqsədilə adam öldürməyə cəhd, odlu silahın saxlanılması və istifadəsi üzrə ittihamlar irəli sürülüb.

“Müttəhimlər Nyu-Yorkda İran rejimini tənqid edən iranlı amerikalı dissidenti öldürmək üçün planda iştirak ediblər”,- Federal Təhqiqat Bürosunun Əks-kəşfiyyat şöbəsinin direktor müavini Roman Rojavski deyib.

Ədliyyə Departamenti bildirib ki, hər iki şəxs ABŞ mediasında müxtəlif şəkildə Rusiya və ya Şərqi Avropa cinayət şəbəkəsi kimi təsvir edilən “Təşkilat” adlı mütəşəkkil cinayət qrupunun üzvləridir. Onlar əlavə ediblər ki, iki nəfər Alinecadı öldürmək üçün “İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli üzvləri” tərəfindən işə götürülüb.

İran əvvəlcə Alinecadı qaçırmağa cəhd etmişdi, lakin bu cəhdlər uğursuzluğa düçar olduqdan sonra təşkilat Ömərov və Əmirovu ABŞ-da ona sui-qəsd etmək üçün işə cəlb edib. Daha sonra ikisi Təşkilatın ABŞ-da yaşayan başqa bir üzvü Xalid Mehdiyevi cəlb edib.

Ədliyyə Departamenti bildirib ki, Mehdiyev Alinecadı müşahidə edib və 2022-ci ilin iyulunda Ömərova onu öldürməyə hazır olduğunu bildirib. Mehdiyev daha sonra həbs edilib və Ömərov onunla əlaqə saxlaya bilməyəndə Mehdiyevin anası ilə əlaqə saxlayıb, onu tapa bilməyəcəyi təqdirdə onu və digər oğlunu öldürəcəyi ilə hədələyib.

Cinayət işi üzrə yekun qərar sentyabr 17-də elan ediləcək.

48 yaşlı Məsih Alinecad 2009-cu ildə İranı tərk edib və Nyu-Yorkda yaşayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Mart 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri