Icma.az
close
up
RU
Azərbaycanlı alim Almaniyada TraCEr laboratoriyasında tədqiqatlarda iştirak edib

Azərbaycanlı alim Almaniyada TraCEr laboratoriyasında tədqiqatlarda iştirak edib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 14 iyul, AZƏRTAC

AMEA Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi, Qarabağ Universitetinin nəzdində fəaliyyət göstərən Azıx Arxeoloji Tədqiqat və Analiz Laboratoriyasının müdiri Əjdər Babazadə Almaniyanın Mayns şəhərində yerləşən TraCEr - Traseologiya və nəzarət edilən təcrübələr laboratoriyasında qısa müddətli elmi ezamiyyətdə olub.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd olunub ki, TraCEr laboratoriyası Leybnis adına Arxeologiya Mərkəzinin (LEIZA) nəzdində fəaliyyət göstərən Monrepos Arxeoloji Tədqiqat Mərkəzi və İnsanın Davranış Təkamülü Muzeyinin strukturuna daxildir.

Azərbaycan Elm Fondunun əsas qrantı çərçivəsində reallaşan ezamiyyə zamanı 2024-cü ildə Azıx mağarasında aparılmış arxeoloji qazıntılar nəticəsində Paleolit dövrünə aid əldə olunan artefaktlar üzərində mikroskopik analizlər aparılıb.

Ə.Babazadə laboratoriyada mentoru və tərəfdaşı, TraCEr laboratoriyasının müdiri Joao Marreiros ilə birlikdə Qarabağın paleolit alətləri üzərində mikro və makro səviyyəli analizlər aparıb. Tədqiqatlar Arxeologiya və Antropologiya İnstitutu ilə LEIZA arasında imzalanmış memorandum çərçivəsində Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyasının Azıx mağarasında aşkarladığı materiallar əsasında aparılıb. Analizlər üçün metallografik mikroskoplardan istifadə olunub.

Tədqiqatların əsas məqsədi Qarabağda yaşamış uzaq və yaxın homininlərin (insan və insanabənzər meymunların daxil olduğu primat ailəsi) həyat tərzini müasir elmi yanaşmalarla öyrənmək, onların texno-tipoloji inkişafını və tarixəqədərki sosial, iqtisadi, koqnitiv modellərini araşdırmaqdır. Bu yanaşma Qarabağın Paleolit dövrü üzrə yeni elmi paradiqmaların yaradılmasına xidmət edir.

Qeyd edək ki, Azərbaycan Elm Fondunun əsas qrantı sayəsində həm xarici laboratoriyalarda müasir texnologiyalarla tədqiqat imkanı əldə edilib, həm də ölkədə mikroanalizlərin aparılması üçün baza yaradılıb. Arxeologiya və Antropologiya İnstitutu ilə Qarabağ Universiteti arasında imzalanmış memorandum əsasında Azıx arxeoloji araşdırma və analiz laboratoriyası təsis olunub. Laboratoriya mikroarxeoloji analizlər üçün zəruri cihaz və avadanlıqlarla, o cümlədən dünyanın nüfuzlu optik cihaz brendi Karl Zeiss mikroskopları ilə təchiz edilib. Bu isə Azərbaycanı arxeologiya sahəsində ilk mikroskopik tədqiqat laboratoriyasına sahib ölkə statusuna yüksəldib.

Hazırda Azıx laboratoriyasında Qarabağın Paleolit dövrü materialları üzərində texnotipoloji, riyazi-statistik, traseoloji, geoeksperimental, rəqəmsal və digər tədqiqatlar davam edir. Eyni zamanda, ölkənin müxtəlif bölgələrindən əldə edilən arxeoloji materiallar bu laboratoriyada araşdırılır. Qarabağ Universitetinin tələbələri laboratoriyanın fəaliyyətinə cəlb olunub, onlar həm burada praktiki biliklər əldə edir, həm də Azıx beynəlxalq paleolit ekspedisiyasının işinə qatılırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri