Icma.az
close
up
RU
Menu

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

PSJ yenidən vahid lider oldu

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

Azərbaycanlı alim: Türkiyəyə məxsus “Van kolleksiyası”nın Rusiyadan qaytarılması tarixi ədaləti bərpa edəcək

Azərbaycanlı alim: Türkiyəyə məxsus “Van kolleksiyası”nın Rusiyadan qaytarılması tarixi ədaləti bərpa edəcək

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ankara, 14 iyul, AZƏRTAC

Türkiyənin Kastamonu Universitetinin Müasir türk dialektləri və mədəniyyəti kafedrasının professoru Vüsalə Musalı Birinci Dünya müharibəsi illərində Şərqi Anadoludan Rusiyaya qeyri-qanuni aparılan qiymətli əlyazmalar və tarixi-mədəni irsin digər nümunələrinin qaytarılması prosesinə sanballı töhfə verir.

Soydaşımız AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, onun apardığı tədqiqatların nəticələrinə görə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəni İrs və Muzeylər Baş idarəsində bir əsrdən də əvvəl Şərqi Anadoludan çıxarılmış 1300-ə yaxın əlyazma və kitabların qaytarılması prosesi sürətləndirlib.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi professor V.Musalanın “Van kolleksiyası” ilə bağlı məqaləsini qardaş ölkənin tarixi-mədəni irsinin bərpası prosesinə “xüsusilə dəyərli töhfə” adlandırıb.

Kastamonu Universitetinin professoru məlumat verib ki, Birinci Dünya müharibəsi illərində Rusiya Elmlər Akademiyasının (REA) əməkdaşları Şərqi Anadoluya ekspedisiyalar çərçivəsində Tiflisdən keçməklə hazırda REA-nın Şərq Əlyazmaları İnstitutunun Sankt-Peterburqdakı kolleksiyasında saxlanılan və “Van kolleksiyası” adlanan çoxlu sayda əlyazmanı qanunsuz olaraq ölkədən çıxarıblar.

Onun sözlərinə görə, əsərlərin qaytarılması üçün ilk cəhd Osmanlı imperiyası dövründə, yəni, 1920-ci il avqustun 3-də edilib və 1924-cü il fevralın 11-də Türkiyə Xarici İşlər Nazirliyi sovet hökumətinə çatdırılması üçün Moskvadakı səfirliyə müvafiq mesaj göndərib. Sənəddə müharibə illərində Trabzon və Vandan Rusiyaya aparılan mədəni-tarixi irs obyektlərinin geri qaytarılmasının zəruriliyi vurğulanıb. Lakin bu təşəbbüslərin heç biri müsbət nəticə verməyib.

1930-cu ildə Osmanlı dövrünə aid 167 əlyazma nüsxəsi Türkiyə hakimiyyətinə təhvil verilməsi üçün Moskvaya çatdırılsa da, onlar Ankaradakı müvafiq rəsmi qurumlara çatmayıb. Əlyazmaların bəziləri son nəticədə Moskvada “məskunlaşıb” və hazırda MDBMİ-nin kolleksiyalarında, habelə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda saxlanılır.

Kastamonu Universitetinin müəllimi qeyd edib ki, REA bu ilin iyul ayına qədər “Van kolleksiyası”ndan heç bir əlyazma nüsxəsini Türkiyəyə qaytarmayıb. Bunu Sankt-Peterburq kitabxanalarının kataloqlarının hələ də onların fondlarında “Van kolleksiyası” adlanan əlyazmaların olmasına dair arayışları da təsdiq edir.

Universitetin professoru xatırladıb ki, Birinci Dünya müharibəsi illərində qeyri-qanuni yolla Türkiyədən çıxarılan əsər və qiymətli əlyazmaların mübadiləsi məsələsi 1920-ci illərdən bəri Ankara ilə Moskva arasında aparılan dialoqun gündəmində olub.

Bu kontekstdə Ankara Rusiya Arxeologiya İnstitutunun bütün İstanbul kolleksiyasını qarşı tərəfə təhvil verib, Moskva isə Anadoludan qeyri-qanuni yolla çıxarılan əlyazmaları, arxeoloji və etnoqrafik materialları hələ də Türkiyəyə qaytarmayıb. “2013 və 2015-ci illərdə hökumətlərarası danışıqlar zamanı da bu mövzu qaldırılıb. Hətta Rusiyadan qaytarılacaq inventarların siyahısı da hazırlanıb”, -deyə azərbaycanlı alim qeyd edib. Onun sözlərinə görə, 2018-ci ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) komissiyası ölkədən, o cümlədən Van, Bitlis, Erzurum, Muş, Erzincan və Trabzon vilayətlərindən qeyri-qanuni yolla çıxarılan tarixi artefaktların və əlyazmaların geri qaytarılması məsələsinə baxıb.

2018-ci il fevralın 25-də öz missiyasını başa vuran komissiyanın 4 aylıq işinin yekunları ilə yanaşı, Trabzondan Rusiyaya qeyri-qanuni yolla aparılmış əlyazmalara dair məlumatların yer aldığı hesabat hazırlanaraq TBMM rəhbərliyinə təqdim olunub.

Hakim Ədalət və İnkişaf Partiyasının Trabzon vilayəti üzrə millət vəkili Bahar Ayvazoğlu Rusiyadan əlyazmaların qaytarılması məsələsinin Prezident Rəcəb Tayyib Ərdoğanın diqqət mərkəzində olduğunu və Türkiyənin Moskvadakı səfirliyinin gündəmində yer aldığını açıqlayıb.

Azərbaycanlı alim Türkiyə Böyük Millət Məclisi parlament komissiyasının “Van kolleksiyası”nı Anadoludan qanunsuz çıxarılmış irs obyektləri siyahısına salmamasından təəssüfləndiyini bildirib.

Kastamonu Universitetinin müəllimi daha sonra qeyd edib ki, Birinci Dünya müharibəsi illərində Sankt-Peterburqa aparılmış ermənicə əlyazmaların sayı Rusiya Elmlər Akademiyasının ekspedisiyalarının sərəncamına daxil olan sənədlərin ümumi sayının çox kiçik bir hissəsini təşkil edir.

"Həmin dövrdə REA ekspedisiyalarının əsas məqsədi Şərqi Anadoluda ermənilərin “mədəni irsinə” aid sənədləri toplamaq olsa da, rus alimləri erməni dilində az sayda əlyazma aşkar ediblər. Bu gün REA öz kolleksiyalarında saxlanılan Osmanlı dövrünə aid 2000-ə yaxın əlyazma nüsxəsindən yalnız bir neçəsinin türklərə, qalanlarının isə ərəblərə aid olduğunu təsdiqləyir. Bu, İslam mədəniyyətinin bütün Anadolu ərazisində hökm sürməsi faktıdır”, - deyə azərbaycanlı alim bildirib. Onun sözlərinə görə, REA ekspedisiyalarının üzvləri heç vaxt “Türkiyə Ermənistanı” haqqında uydurmaları dəstəkləmək üçün dəlil toplaya bilməyiblər.

Professor Vüsalə Musalı həmin dövrdə ekspedisiyalar çərçivəsində Şərqi Anadoluya səfər etmiş rus alimlərinin səyahət qeydlərinə də diqqət çəkib.

O vurğulayıb: “Bu qeydlərdə ermənilərin Anadoludakı cinayət əməlləri də öz əksini tapıb. Məsələn, filoloq, şərqşünas, Rusiya Elmlər Akademiyasının üzvü, professor Nikolay Marr Vanda erməni quldur dəstələri tərəfindən məscidlərin, türbələrin və müsəlman mədəni irsinin digər obyektlərinin dağıdılması və təhqir olunmasından yazıb”.

Professor “Van kolleksiyası”nın əlyazmalarının Türkiyəyə qaytarılması mövzusunun UNESCO kimi beynəlxalq strukturların gündəliyinə salınmasını istəyir. “Bu məsələ Türkiyə və Rusiyanın mədəniyyət idarələri arasında əlaqələr kontekstində müzakirə olunmalıdır. “Van kolleksiyası”nın geri qaytarılması tarixi ədalətin bərpası və regionun zəngin tarixinə hörmət məsələsidir”, - deyə alim sözlərini yekunlaşdırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see431

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see302

PSJ yenidən vahid lider oldu

11 Oktyabr 2025 16:12see197

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see180

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see166

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see156

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see154

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see151

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see138

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see135

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see135

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

11 Oktyabr 2025 18:23see134

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see133

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

11 Oktyabr 2025 20:50see133

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see133

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

11 Oktyabr 2025 23:40see125

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see125

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

11 Oktyabr 2025 17:55see124

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see123

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

11 Oktyabr 2025 23:00see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri