Icma.az
close
up
RU
“Çalışqandı və bu işin öhdəsindən gəlməyə qadirdi” sabiq FİFA referisi Rəhim Həsənovun təyinatı haqda

“Çalışqandı və bu işin öhdəsindən gəlməyə qadirdi” sabiq FİFA referisi Rəhim Həsənovun təyinatı haqda

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi.

İclasda həm də Hakimlər Komitəsinin sədri vəzifəsinə Rəhim Həsənovun namizədliyi irəli sürüldu və İcraiyyə Komitəsinin üzvlərinin yekdil qərarı ilə təsdiqləndi. Beləliklə, bu postda daha bir əcnəbi mütəxəssisin – Frank De Blekerenin dönəmi başa çatdı.
Bu təyinatla bağlı sabiq FİFA referisi Fariz Yusifovun fikirlərini öyrəndik. Onun “Football-plus.az”a cavabı:

“Belə də olmalıydı. Əcnəbilərin vəzifədə olması hakimliyin inkişafına gətirib çıxara bilməz. Bu yol ancaq məhvə apara bilər. Yaxşı ki, rəhbərlik bunu başa düşdü. Rəhim Həsənovu təyinatı münasibətilə təbrik edirəm. Bilindiyi kimi, o futbolçu idi. Bizim dövrümüzdə hakimliyə başladı. Ədəbi, tərbiyəsi, mədəniyyəti ilə seçilən hakimlərdəndi. Hər halda, rəhbərliklə müəyyən müzakirələr aparıb. Ona tapşırıqlar verilib. Müasir futbolda hakimlik problem olaraq qalır. Hansısa ölkə deyə bilməz ki, bizdə hakimliklə bağlı hər şey qaydasındadı. O başqa məsələ ki, Rəhim Həsənov üçün çətin olacaq. Gənc kadrdı. Ən qısa müddətdə bölgələri gəzmək, perspektivli hakimlər tapmaq lazımdı. Hazırda premyer-liqada hakimlər arasında rəqabət yoxdu. Ona bu cür çətin, ağır peşədə uğur arzulayıram. Bu təyinat məni sözün əsl mənasında çox sevindirdi. Rəhim Həsənov müasir futbola bələddi. Hadisələrin axarını təhlil etdiyinə əminəm. Bu barədə yalnız müsbət yöndə danışmaq olar. Ona ilk növbədə dəstək vermək lazımdı. İndiyə qədər əcnəbi mütəxəssislər gəldi, getdi. Ancaq hansısa inkişaf görmədik. Rəhim Həsənova vaxt vermək lazımdı. O, çalışqandı və bu işin öhdəsindən gəlməyə qadirdi”.

KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Noyabr 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri