Azərbaycanlı dənizçi Finlandiyada həbs olundu
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Helsinki Rayon Məhkəməsi Yeni il ərəfəsində Finlandiya körfəzində baş vermiş sualtı kabellərin zədələnməsi ilə bağlı iş üzrə “Fitburg” gəmisinin iki dənizçisini təqsirli bilib.
Bizim.Media xəbər verir ki, bu barədə yle.fi nəşri yazıb.
Rusiya vətəndaşı, gəmi kapitanı Andrey Maksimenko 3 il 6 ay, azərbaycanlı dənizçi Vüsal Məcidov isə ağırlaşdırıcı hallarda təxribat törətmək ittihamı ilə 2 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Hər iki məhkumun dərhal həbsə alınmasına qərar verilib.
Onlar həmçinin kabellərin və qaz kəmərinin təmiri, eləcə də yoxlanılması xərclərinə görə zərərçəkənlərə birgə qaydada kompensasiya ödəməli olacaqlar.
Məhkəmənin çıxardığı hökm prokurorun tələb etdiyi minimum cəzadan daha ağır olub. Prokuror ağırlaşdırıcı hallarda vandalizm və telekommunikasiya sistemlərinin fəaliyyətinə müdaxiləyə görə 2 il 6 ay həbs cəzası tələb etmişdi.
Rayon Məhkəməsi dənizçilərin telekommunikasiyaya qəsdən müdaxilə etməsi ilə bağlı ittihamı rədd edib. Məhkəmənin qənaətinə görə, bu əməl kapitan və bosmana aid edilən qəsdən təxribat cinayətinin tərkibinə daxil olub.
Helsinki Rayon Məhkəməsi Finlandiyanın bu işə baxmaq səlahiyyətinin olduğunu hesab edib. Məhkəmənin fikrincə, söhbət nəticələri Finlandiya ərazisində baş vermiş qəsdən törədilən cinayətlərdən gedir.
Qərar yekun deyil və Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Yle nəşrinin əlaqə saxladığı müdafiə vəkillərinin sözlərinə görə, dənizçilər hökmdən narazıdırlar.
Helsinki Rayon Məhkəməsinin qərarına əsasən, hər iki təqsirləndirilən şəxs Yeni il ərəfəsində səhər saatlarında Finlandiya körfəzində, Finlandiyanın ərazi sularından kənarda lövbər zəncirini bir neçə saat ərzində, təxminən 130 kilometr məsafədə dənizin dibi ilə sürüməsinə görə məsuliyyət daşıyır.
Bu, iki sualtı telekommunikasiya kabelinin zədələnməsinə səbəb olub. Bundan əlavə, daha yeddi telekommunikasiya və elektrik kabelinin, eləcə də bir qaz kəmərinin zədələnməsi riski yaranıb.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, lövbərin kilidləmə mexanizmi saz vəziyyətdə olub və gəmi bir gün əvvəl Sankt-Peterburq limanından çıxarkən lövbər qaldırılmış vəziyyətdə olub.
Rayon Məhkəməsinin məlumatına görə, lövbər Sankt-Peterburq limanından çıxdıqdan sonra və gəmi Rusiyanın ərazi sularını tərk edənədək dənizə endirilib.
Gəminin lövbər zənciri yalnız Yeni il ərəfəsində səhər saatlarında qaldırılıb.
Rayon Məhkəməsinin açıqlamasında bildirilir:
“İttiham aktında kapitanın şəxsən lövbəri dənizə endirmək barədə birbaşa əmr verdiyi və bosmanın bu prosesdə fəal iştirak etdiyi iddia olunmur. Lakin Rayon Məhkəməsi belə qənaətə gəlib ki, kapitan və bosman gəmi dənizdə olarkən və eyni zamanda qeyd olunan kabellər və qaz kəməri üzərindən keçərkən lövbərin endirildiyini bilməli idilər”.
Məhkəmə həmçinin müəyyən edib ki, kapitan lövbər zəncirini və lövbəri dənizin dibi ilə sürüyərək gəminin hərəkətini təsdiqləyib. Bosman isə Finlandiya hakimiyyətinin gəmi ilə ilk əlaqə saxlamasından sonra təxminən iki saat ərzində gəminin hərəkət etdirilməsində fəal iştirak edib.
Polisin ilkin istintaq materialları arasında gəminin lövbər zəncirinin sudan qaldırılmasını əks etdirən videoyazı da var.
Bundan əlavə, bosman gəmi dənizdə olarkən lövbərin qaldırılmasını təmin etmək vəzifəsini yerinə yetirməməkdə təqsirli bilinib.
Rayon Məhkəməsi nəzərə alıb ki, kapitan gəminin idarə olunması, kursu və naviqasiyası üzrə ümumi məsuliyyət daşıyır. Buna görə də onun təqsiri bosmanın təqsirindən daha ağır hesab edilib.
Məhkəmənin açıqlamasında qeyd olunur:
“Dəymiş zərəri və daha ciddi zərərin yaranması riskini nəzərə alan Rayon Məhkəməsi bu əməlin cəmiyyətin mühüm funksiyaları üçün xüsusi dərəcədə ciddi təhlükə yaratdığı qənaətinə gəlib”.
İşə üç rayon hakiminin daxil olduğu kollegiya baxıb. Qərar yekdilliklə qəbul edilib.
Kapitan və bosman hər hansı qanun pozuntusuna yol verdiklərini inkar edirlər. Onlar Rayon Məhkəməsindən ittihamların ləğv edilməsini istəyiblər.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 05 Noyabr 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















