Icma.az
close
up
RU
Azərbaycanlı deputatdan Latviyaya çağırış

Azərbaycanlı deputatdan Latviyaya çağırış

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Latviya Respublikasının Seymi cari il yanvar ayının 16-da Miqrasiya haqqında qanun və Dövlət sərhədi haqqında qanuna dəyişiklikləri nəzərdə tutan təklifləri müvafiq komissiyaya təqdim edib və bu dəyişikliklər qəbul edilib. Miqrasiya haqqında qanuna dəyişiklik Müstəqil Dövlətlər Birliyindən, o cümlədən Azərbaycan Respublikasından olan vətəndaşların üzərinə Latviyaya daxil olarkən ölkəyə giriş vizasından əlavə bir sıra digər tələblər qoyur. Dövlət sərhədi haqqında qanuna dəyişiklik isə, Latviyanın sərhəd bögələrinə getmək niyyətində olan MDB dövlətlərindən olan və 15 yaşdan yuxarı vətəndaşların Latviya Dövlət Sərhəd Mühafizəsindən əlavə icazə almalarını nəzərdə tutur.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə,təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Rizvan Nəbiyev deyib.

"Latviyanın təhlükəsizliklə bağlı qayğılarına anlayışla yanaşırıq, bununla belə bütün səyahət edənləri ümumi şübhə altına almaq və əsaslı dəlil olmadan onların hərəkət azadlığını məhdulaşdırmaq yaxud ölkəyə buraxmamaq, və ya “qara siyahı” ya daxil etmək narahatlıq yaradır. Azərbaycanın digər MDB dövlətləri ilə təhlükəsizlik sahəsində əməkdaşlığı üçüncü dövlətlərə, o cümlədən Latviyaya qarşı, onun milli təhlükəsizliyinə qarşı yönəlməyib.

Azərbaycan və Latviya strateji tərəfdaşlardır. 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə əsasında iki ölkə arasında çox fəal siyasi dialoq var. Ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir. Azərbaycan və Latviya beynəlxalq çağırışlara münasibətdə oxşar mövqedən çıxış edirlər, aralarında hər hansı anlaşılmaz məsələ yoxdur.

Latviya və Azərbaycanın tərəf olduqları insan hüquqları haqqında çoxsaylı konvensiyalar, o cümlədən 1948-ci il BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannamə insanların hərəkət azadlığını ehtiva edir. Avropa İnsan Hüquqları Konvensiyasının 4cü Protokolu isə hərkəsin seçdiyi ölkə daxilində hərəkət azadlığını nəzərdə tutur. Bu müddəalara riayət olunması ikitərəfli dostluq münasibətlərinin də ruhuna uyğundur", - o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Yanvar 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri