Icma.az
close
up
RU
Azərbaycanlı fleytaçı “Altus Flutes”in səfiri seçilib

Azərbaycanlı fleytaçı “Altus Flutes”in səfiri seçilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 6 may, AZƏRTAC

Azərbaycanlı fleytaçı Ağarəhim Quliyev “Altus Flutes”in səfiri seçilib. Musiqiçi Parisdə yaşayır və orada nüfuzlu “L'École normale de musique de Paris – Alfred Cortot”u (Alfred Corto adına Musiqi Məktəbi) bitirib. O, hazırda aktiv konsert fəaliyyəti ilə məşğuldur.

“Altus Flutes” yüksəkkeyfiyyətli əl işi fleytalarının məşhur yapon istehsalçısıdır. Ağarəhim Quliyev beynəlxalq müsabiqələr laureatıdır və həmkarı Eldəniz Ələkbərzadə ilə birlikdə “Duo Avey” duetinin həmtəsisçisi və klassik musiqi istehsalı şirkəti olan “AGRecords”un təsisçisidir.

Fleytaçı AZƏRTAC-a müsahibəsində bu hadisənin onun üçün əhəmiyyətindən danışıb.

O qeyd edib: “Sözsüz ki, istənilən musiqiçi üçün bir alətin və ya musiqi brendinin səfiri olmaq nüfuzludur. Mənim üçün bu titul sadə bir status rəmzindən daha böyük məna kəsb edir. Mahiyyətcə, “Altus Flutes” alətlərində təxminən on il ifa etdikdən sonra onların sənətçisi olmağa dəvət almaq peşəkar səviyyəmin və həmin brendin alətlərini beynəlxalq səhnədə təmsil etmək etimadının tanınmasıdır”.

Eyni zamanda, belə bir əməkdaşlıq ciddi məsuliyyət hissi yaradır. Brendi və müəyyən bir alət modelini təmsil etmək həm ifaçılıq bacarığını, həm də texniki hazırlığın yüksək səviyyədə olmasını tələb edir”.

Musiqiçi vurğulayıb ki, bu cür nüfuza malik sənətçilər arasında Azərbaycanın yeganə təmsilçisi olmaq onun üçün həm də xüsusi missiyadır.

“Bu, təkcə brendə deyil, həm də ölkəmin mədəniyyətinə qarşı məsuliyyət hissimi gücləndirir, eyni zamanda, Azərbaycan ifaçılıq məktəbinin daha geniş beynəlxalq arenada təmsil olunması, həmkarlarımızın və tamaşaçılarımızın mədəniyyətimizlə tanış edilməsi, habelə qlobal peşəkar birliyə inteqrasiya baxımından yaxşı fürsətdir. Belə mübadilə həmişə ikitərəfli olur: biz təkcə mədəniyyətimizi bölüşmürük, həm də bir-birimizdən öyrənirik, öz bədii üfüqlərimizi genişləndiririk”, - deyə A. Quliyev əlavə edib.

Müəllif – Anara Axundova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri