Azərbaycanlı futbolçu Erzurumspor a keçidi nə vaxt baş tutacaq? Türkiyə klubu onu istəyir
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Səbail"in futbolçusu Rüfət Abdullazadənin qış "transfer pəncərəsi" zamanı "Erzurumspor"a keçidi gündəmdə idi. Amma görünən budur ki, yarımmüdafiəçi ən azından yaya qədər Bayıl təmsilçisinin heyətində qalmağa qərar verib.
Sportal.az saytına açıqlama verən Rüfət "Erzurumspor"a transferinin real olub-olmaması haqda danışmaq istəməyib:
"Bu məsələ ilə bağlı fikir bildirə bilməyəcəm. Çünki hazırda "Səbail"lə müqaviləm var. İndi əsas məqsədim "Səbail"in liqada qalmasına kömək etməkdir. bütün fikrimi də məhz buna yönəltmişəm".
24 yaşlı yarımmüdafiəçinin "Səbail"lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, bu mövsüm 24 matçda 4 qol vurub, 4 asist edib. Rüfət "Sumqayıt"ın yetirməsidir.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 13 Mart 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















