Icma.az
close
up
RU
Azərbaycanlı gənc dünyanın nüfuzlu ali məktəblərindən qəbul aldı

Azərbaycanlı gənc dünyanın nüfuzlu ali məktəblərindən qəbul aldı

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunu Fatimə Nəsibova dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb.

"Azərbaycan müəllimi” xəbər verir ki, yüksək akademik göstəriciləri və məqsədyönlü hazırlığı ilə fərqlənən Fatimə Nəsibova Birləşmiş Krallıq, Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycanın universitetlərində müxtəlif ixtisaslar üzrə təhsil almaq hüququ qazanıb.

Fatimə Birləşmiş Krallığın Edinburq Universitetinin "Kimya mühəndisliyi”, Çinin Harbin Texnologiya İnstitutu və Zhejiang Texnologiya Universitetinin "Kimya mühəndisliyi” proqramlarına qəbul olunub.İstedadlı gəncimiz Türkiyənin Orta Doğu Texniki Universitetində "Kimya mühəndisliyi”, Bilkent Universitetində isə "Sənaye mühəndisliyi”, "İctimai əlaqələr” və "Beynəlxalq münasibətlər” ixtisasları üzrə də təhsil almaq imkanı əldə edib.Şəki liseyinin məzunu həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Xəlifə Universitetindən "Kimya mühəndisliyi”, ölkəmizin ən nüfuzlu ali təhsil ocaqlarından biri sayılan ADA Universitetindən isə "Şəhərsalma” ixtisası üzrə də qəbul alıb.

O, qəbul aldığı proqramların bir çoxunda 60 faizə qədər təqaüd qazanaraq beynəlxalq səviyyədə rəqabətqabiliyyətli tələbə olduğunu nümayiş etdirib.Onun beynəlxalq və yerli imtahanlar üzrə nəticələri də yüksəkdir

Akademik uğurları ilə yanaşı, Fatimə Nəsibova orta təhsil illərində müxtəlif olimpiada və müsabiqələrdə qazandığı nailiyyətləri ilə də seçilib.

O, əldə etdiyi uğurlarının uzunmüddətli hazırlığın, davamlı zəhmətin və məqsədyönlü fəaliyyətin nəticəsi olduğunu bildirir:"Dünyanın müxtəlif ölkələrinin nüfuzlu universitetlərdən qəbul almaq mənim üçün böyük sevinc və eyni zamanda məsuliyyətdir. Bu nəticəyə çatmaq üçün uzun müddət davamlı çalışmışam, müxtəlif imtahanlara, olimpiada və müsabiqələrdə iştirak etmişəm.Qarşıma çıxan çətinliklərə baxmayaraq, hədəfimə doğru inamla irəliləmişəm.Uğurlarımda müəllimlərimin rolu, ailəmin dəstəyi danılmazdır. Gələcəkdə seçəcəyim sahə üzrə yüksək bilik və bacarıqlar qazanaraq ölkəm üçün  faydalı mütəxəssis olmaq istəyirəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Avqust 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri