Icma.az
close
up
RU
Azərbaycanlı gənclər ICESCO nun gənc sülh elçisi seçiliblər

Azərbaycanlı gənclər ICESCO nun gənc sülh elçisi seçiliblər

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 mart, AZƏRTAC

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) bazar ertəsi günü, martın 16-da Sülh və Təhlükəsizlik üzrə Liderlik Təliminin (LTIPS) dördüncü qrupunun bir hissəsi olaraq 42 ölkədən 3 min müraciət edən gənclərin arasından 47 gənc sülh elçisini seçib. AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, onların arasında azərbaycanlı gənclər – Nərmin Seyid və Süleyman Zeynallı da var.

Beləliklə, ICESCO-nun gənc sülh elçilərinin ümumi sayı 227 nəfərə çatıb. Bu ikiillik təlim proqramı, əsasən, gənclərin liderliyinin gücləndirilməsinə və icmalarda müsbət dəyişikliklərin aparılmasının vacibliyi barədə məlumatlılığın artırılmasına yönəlmiş 10 təlim modulu vasitəsilə sülhü təşviq etməyi hədəfləyir. Proqram geniş miqyasda liderləri, ekspertləri və mütəxəssisləri əhatə etməklə yanaşı, gənclərin və qadınların davamlı inkişaf və sülh sahəsindəki potensialını artırmaq, sosial birliyi və birgəyaşayışı təşviq etmək üçün əvvəlki qruplardan olan gənc sülh səfirləri şəbəkəsi ilə əlaqələri gücləndirir.

Əvvəlki nəşrləri 87 gənclik layihəsi və yüzlərlə fəaliyyətlə nəticələnən ICESCO-nun Sülh və Təhlükəsizlik üzrə Liderlik Təlimi bu təşkilatın “360° Sülh” yanaşmasının bir hissəsini təşkil edir. Bu proqram hərtərəfli, çoxsahəli çərçivə əsasında əsas inkişaf sahələrini əhatə etməklə, habelə sülh, dialoq və vətəndaşlıq dəyərlərini inkişaf etdirməyə yönəlmiş yüzlərlə təşəbbüs həyata keçirməklə davamlı sülhü təşviq etməyə istiqamətlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Mart 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see295

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see289

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see252

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see239

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see237

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see235

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see234

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see232

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see225

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see221

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see220

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see216

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see208

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see198

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see195

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see190

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see189

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri