Cəbrayıla 10 baş ceyran buraxılıb FOTOLAR
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Azərbaycanda vəhşi heyvanların tarixi areallarına qaytarılması və populyasiyalarının bərpası istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti reintroduksiya tədbiri həyata keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulmuş fauna növlərinin bərpası və reintroduksiyası tədbirləri çərçivəsində Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev bildirib.
O qeyd edib ki, bu günədək işğaldan azad edilmiş ərazilərə 50 baş ceyran buraxılıb.
Baxış sayı:77
Bu xəbər 27 Noyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















