Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycanlı əsirlər harada saxlanılırdı? Məhkəmədə danışdılar

Azərbaycanlı əsirlər harada saxlanılırdı? Məhkəmədə danışdılar

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 20-də davam etdirilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclasında 2007-2020-ci illərdə vaxtilə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın suveren ərazilərində yaradılmış qondarma qurumun “rəhbəri” olmuş Bako Sahakyan dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandırıb.

Təqsirləndirilən şəxs bildirib ki, 2007-ci ildə qondarma rejimin “müdafiə naziri” Seyran Ohanyan olub. O, daha sonra Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi təyin edilib. Onu qondarma rejimdə general Movses Akopyan əvəzləyib. Daha sonra M.Akopyan Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsinə təyin edilib. Bu dəfə qondarma rejimdə “müdafiə naziri vəzifəsi”ni Levon Mnatsakanyan tutub. Ondan sonrakı ardıcıllıq belə olub: Karen Abrahamyan, Cəlal Harutyunyan və Mikael Arzumanyan.

Təqsirləndirilən şəxs deyib ki, qondarma rejimdə “müdafiə naziri” və “ordunun komandanı” “vəzifələri” eyni olub və onu bir şəxs tutub.

B.Sahakyan bildirib ki, qondarma qurumun “rəhbərliyinin” “silahlı qüvvələr” üzərində səlahiyyəti olmayıb.

O, qondarma rejimin “rəhbəri” olduğu dövrdə Ermənistan müdafiə nazirlərinin, silahlı qüvvələrin baş qərargah rəislərinin Azərbaycanın vaxtilə işğalda olan suveren ərazilərinə səfərlər etdiklərini və onunla görüşdüklərini bildirib.

Məhkəmədə B.Sahakyanın 2015-ci ildə səsləndirdiyi və Ermənistan mətbuatında dərc edilmiş fikirləri elan olunub. Tədqiq olunan sənədə əsasən, B.Sahakyan bildirir: “Biz sonda Ermənistanla birləşməyə can atırıq. Biz bu böyük istəklə yaşayırıq, lakin vaxt hələ çatmayıb”.

Tədqiq olunan sənədlə bağlı təqsirləndirilən şəxs prokurorun sualına cavabında bu cür ifadələr işlətdiyini təsdiqləyib. O deyib: “Mən onu bildirmişəm ki, vaxt gələcək daha əlverişli şərait olanda biz bu biri məqsədimizi (Azərbaycanın vaxtilə işğalda olan ərazilərinin Ermənistana birləşdirilməsi ideyasını nəzərdə tutur – red.) də həyata keçirəcəyik”.

Əsir və girov götürülmüş azərbaycanlılarla bağlı sualları cavablandıran B.Sahakyan bildirib ki, müharibənin ilk illərində - 1994-cü ilədək həmin şəxslərin bir hissəsi erməni komandirlərin yanında saxlanılırdı. O, iddia edib ki, qondarma rejimdə “qurumlar” formalaşdırıldıqdan sonra əsir və girovlara işgəncə verilməsi, qeyri-insani rəftar edilməsi hallarının sayı azalıb və sonra ümumiyyətlə olmayıb.

O, qondarma rejim üçün silahların Ermənistan silahlı qüvvələri tərəfindən təmin edildiyini bildirib və qondarma rejimin “ordusunun” arsenalında “İsgəndər M”, “Toçka U” və digər bu kimi dağıdıcı raketlərin olmadığını söyləyib.

Təqsirləndirilən şəxs Şuşada hava hücumundan müdafiə hərbi hissələrindən birinin, o cümlədən “S-300” raket kompleksinin yerləşdirildiyini etiraf edib. O deyib ki, həmin raketlərin yerləşdirilməsi üçün onun razılığının alınması tələb olunmayıb, sadəcə, “yerli idarəetmə orqanları” bu məsələ ilə bağlı razılıq veriblər.

B.Sahakyan ifadəsində 2016-cı ildə baş vermiş, şərti olaraq Aprel döyüşləri adlandırılan hadisələr barədə suallara cavabında həmin vaxt əməliyyatlara kimlərin rəhbərlik etdiyini açıqlayıb. Məlum olub ki, həmin vaxt Ermənistan tərəfdən əməliyyatlara Ermənistanın müdafiə naziri general-polkovnik Seyran Ohanyan, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi general-polkovnik Yuri Xaçaturov və Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsinin - qondarma rejimin “ordusunun komandanı” general-leytenant Levon Mnatsakanyan rəhbərlik edib.

O, hadisə baş verən vaxt onunla ilk əlaqə saxlayanlardan birinin Ermənistanın müdafiə naziri Seyran Ohanyan olduğunu deyib və əlavə edib: “Eləcə də onların “müdafiə ordusu”ndan (Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsi, yəni qondarma rejimin “ordusu” nəzərdə tutulur – red.) operativ məlumatlar alırdım. Həmin dövrdə yaranmış bir neçə məsələni qeyd etdim. Eyni zamanda, ərazidəki vəziyyətlə bağlı təcili tibbi yardım məsələsini gündəmə gətirdim. Bildirdim ki, çox sayda yaralılar var və əlavə tibbi yardım maşınlarına ehtiyacımız var. O, (Seyran Ohanyan – red.) mənə telefon vasitəsilə bildirdi ki, az sonra səninlə Ermənistan Respublikasının baş naziri əlaqə saxlayacaq”.

Təqsirləndirilən şəxs bir qədər sonra Ermənistanın baş naziri Ovik Abraamyanla, ardınca digər vəzifəli şəxslərlə danışdığını deyib və əlavə edib: “Daha sonra müxtəlif nazirlərdən və səlahiyyətli şəxslərdən məlumatları almışdım. Müəyyənləşdirmişdik ki, bizim üçün hansı ilkin zərurət malları lazımdır. Bir qayda olaraq onlar mənim xahişlərimi təmin edirdilər”.

B.Sahakyan Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Yuri Xaçaturovla da danışdığını söyləyib.

Təqsirləndirilən şəxs Aprel döyüşlərinin nəticələri ilə bağlı Ermənistanın və qondarma rejimin birgə müzakirələr apardığını deyib.

Məhkəmədə tədqiq olunan növbəti sənəd mediada paylaşılmış məlumatla bağlı olub. Həmin məlumatda bildirilir ki, Bako Sahakyan Aprel döyüşləri ilə bağlı Ermənistan Milli Assambleyasında yaradılmış istintaq komissiyasının iclasında iştirak etməyə razılıq verib.

Dövlət ittihamını müdafiə edən prokurorun sualını cavablandıran təqsirləndirilən şəxs məlumatı təsdiqləyib. O bildirib ki, Aprel döyüşlərindən sonra Ermənistanda istintaq komissiyası yaradılıb. Komissiyanın sədri Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Koçaryan olub: “Bu komissiyanın iclasında müxtəlif suallara hərbçilər və qeyri-hərbçilər cavab veriblər. O komissiya mənə təklif göndərdi. Çünki onlar məni komissiyanın iclasında iştiraka məcbur edə bilməzdilər”.

Təqsirləndirilən şəxs istintaq komissiyasının suallarını əhatəli şəkildə cavablandırdığını bildirib.

B.Sahakyan Azərbaycan ərazilərində baş vermiş döyüşlərlə bağlı istintaq komissiyasının niyə Ermənistanda təşkil olunmasının səbəbini belə izah edib: “İstintaq komissiyasının Ermənistan Milli Assambleyasında yaradılması normal idi. Çünki söhbət Ermənistan silahlı qüvvələrinin keçirdiyi əməliyyatdan gedirdi”.

Məhkəmədə tədqiq edilən növbəti sənəd B.Sahakyanın 2019-cu ilin dekabr ayında Ermənistanın baş naziri Nikol Paşinyanla birlikdə həmin vaxt Azərbaycanın işğalda olan ərazilərində qoşunlara baş çəkməsi, hərbçilərlə görüşü, onların məişət şəraiti ilə tanış olması barədə olub.

Təqsirləndirilən şəxs prokurorun sualına cavabında N.Paşinyanın Azərbaycanın həmin vaxt işğalda olan ərazilərində hərbçilərlə görüşünü Ermənistan baş nazirinin Ermənistan silahlı qüvvələrinin əsas şəxsi olması ilə izah edib və deyib: “Bu cür səfərlərin böyük əksəriyyətində silahlı birləşmələrə də səfərlər olurdu”.

B.Sahakyan ifadəsində Azərbaycana qarşı döyüşənlər arasında xarici vətəndaşların olduğunu təsdiqləsə də, onların muzdlu olmadığını iddia edib. O əlavə edib ki, həmin şəxslər Azərbaycanın həmin vaxt işğalda olan ərazilərinə Ermənistan vasitəsilə gəliblər. Həmin şəxslərin hansı ölkə vətəndaşları olması barədə suala isə B.Sahakyan belə cavab verib: “Onların ölkələrinin coğrafiyası geniş idi, Yaxın Şərqdən Kanadaya qədər”.

Təqsirləndirilən şəxs qondarma qurumun “rəhbəri” olduğu dövrdə ərazilərin minalanması barədə sualı da cavablandırıb. Deyib ki, minalanma işləri aparanlar bununla bağlı ona məlumat verməyə borclu olmayıblar.

“Onların borcu deyildi ki, bu işləri görməzdən əvvəl və ya sonra mənə məlumat versinlər. Çünki bu, təsdiqlənmiş işlər planı çərçivəsində həyata keçirilirdi”, - deyə o əlavə edib.

Təqsirləndirilən şəxs Azərbaycanın Ermənistan tərəfindən işğalda olmuş ərazilərində təbii sərvətlərin qanunsuz istismarı ilə bağlı sualları da cavablandırıb.

Bildirib ki, Kəlbəcərdə qızıl yatağının istismarı ilə məşğul olan şirkətlə münasibətləri olmayıb: “Biz bilirdik ki, orada Ermənistanda qeydiyyatdan keçmiş şirkət fəaliyyət göstərir”.

Təqsirləndirilən şəxs dağ-mədən sənayesi üzrə şirkətin fəaliyyətə başlaması barədə təklifin onlarda böyük ruh yüksəkliyi yaratdığını söyləyib: “Çünki söhbət genişmiqyaslı sərmayələrdən gedirdi”.

B.Sahakyan “Qarabağ Telekom” şirkətinin livanlı iş adamının ayırdığı böyük sərmayələr hesabına yaradıldığını söyləyib.

O, 2020-ci il iyulun 12-də baş vermiş Tovuz döyüşləri barədə səthi məlumatı olduğunu bildirib.

Həmin il sentyabrın 27-də başlamış 44 günlük müharibə zamanı “sabiq rəhbər” kimi “hərbi əməliyyatların dayandırılması” istiqamətində müxtəlif müzakirələrdə iştirak etdiyini bildirib: “İmkanlarım daxilində çalışırdım ki, faydalı olum. Bu cür müzakirələr çərçivəsində Arayik Harutyunyanla görüşürdük”.

Bu zaman məhkəmədə növbəti sübut tədqiq edilib. Sənədə əsasən, qondarma rejimin və Ermənistanın keçmiş prezidentləri görüşüblər. Görüşən şəxslərə Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan, Arkadi Qukasyan və Bako Sahakyan daxildir.

Bako Sahakyan prokurorun sualına cavabında deyib: “Bizim (özünü və Arkadi Qukasyanı nəzərdə tutur – red.) Qarabağda Ermənistanda sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyanla görüşümüz olub. Biz Nikol Paşinyanla da görüşmüşük. Bu görüş 2021-ci ilin mart ayında olub”.

Məhkəmədə növbəti sənədin tədqiqi 2022-ci il sentyabrın 20-də Ermənistan vətəndaşı, hazırda Azərbaycanda çoxsaylı cinayətlərə görə təqsirləndirilən Ruben Vardanyanın Arkadi Qukasyan və Bako Sahakyanla görüşü ilə bağlı olub. Görüşdə bir sıra məsələlər, o cümlədən qondarma rejimin “təhlükəsizliyi”, “Qarabağın erməni torpağı kimi qalması” və “inkişafı” müzakirə olunub.

B.Sahakyan prokurorun “qondarma rejimin erməni qalması” ilə bağlı sualını da cavablandırıb. O deyib ki, “bu məsələ müxtəlif dövrlərdə strateji məqsədlərimizdən biri olub”. Əlavə edib ki, “erməni torpağı kimi qalması” deyərkən qondarma rejimin “öz mövcudluğunu davam etdirməsi”, növbəti dövrdə isə “Ermənistana birləşdirilməsi” nəzərdə tutulub.

Məhkəmə prosesi iyunun 21-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.








Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 İyun 2025 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see745

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see561

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see508

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see369

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see293

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see254

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see247

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see244

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see243

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see229

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see228

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see223

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see207

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see192

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see192

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see183

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see173

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri