Azərbaycanlı idmançıların “bürünc” şansı
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qazaxıstanın paytaxtı Astanada təşkil olunan dünya çempionatında mübarizə aparan sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvləri Cəbrayıl Hacıyev və İslam Bazarqanov yarımfinal mərhələsini məğlubiyyətlə başa vurublar.
Futbolpress.az xəbər verir ki, 79 kq çəki dərəcəsində yer alan Cəbrayıl Hacıyev iranlı Məhəmməd Noxodilarimi ilə gərgin keçən qarşılaşmada 5:9 hesabı ilə uduzub.
Bundan başqa, 57 kq-da çıxış edən İslam Bazarqanov isə amerikalı Spenser Li ilə görüşdə 10:3 hesabı ilə öndə olmasına baxmayaraq, rəqibinə “tuş”la yenilib. Her iki idmançımız sabah bürünc mükafat uğrunda təsəlliverici görüşə çıxacaq.
Xatırladaq ki, çempionatın əvvəlki günlərində yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.
Baxış sayı:49
Bu xəbər 31 Oktyabr 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















