Icma.az
close
up
RU
Azərbaycanlı jurnalist erməni jurnalistlərə məktub YAZDI

Azərbaycanlı jurnalist erməni jurnalistlərə məktub YAZDI

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Elşad Eyvazlı,
Əməkdar jurnalist, "Modern.az" saytının rəhbəri

Hörmətli həmkarlar,
 

Bu məktubu sizə Azərbaycanın Kəlbəcər rayonundan, indiki Ermənistanla sərhəd bölgəsindən yazıram.

Kəlbəcər mənim doğulduğum yer, uşaqlığımın xatirələri, gəncliyimə açılan pəncərə idi.

Doğulduğum yurd 30 il Ermənistanın işğalı altında qaldı, kəndləri, qəbiristanlıqları, məscidləri, məktəbləri uşaqlığımla birgə yerlə yeksan edildi.

Kimsəyə belə ömür arzulamıram.
 

İndi Azərbaycan torpaqlarımızı azad edib, geri dönmüşəm. Ömrümün yarısı başqa yollarda keçsə də, qalan yarısında bu torpağın günəşini, suyunu, havasını doyunca yaşamaq istəyirəm.

Və istəyirəm ki, bu torpaq bir daha əsirlik, zülm, qan görməsin.

Mənim kimi bu istəkdə olanlar yüz minlərlədir.

Cənubi Qafqaz əsrlərdir yad güclərin oyuncağı olub. Xarici paytaxtların masa başında çəkdiyi sərhədlər, onların regiondakı “geosiyasi laboratoriya” təcrübələri buradakı xalqları biri-birinə düşmən edib, həyatlarını zəhərə döndərib.

Təəssüf ki, bu oyunda istifadə edilən ermənilər olub.

Xüsusən Rusiya regionu “idarə olunan gərginlik” siyasəti ilə nəzarətdə saxlayıb ki, sülh tam bərqərar olmasın.

Çünki sülh olsa, xalqlar müstəqil qərar verər, təsir dairələri daralar. Ona görə də hər dəfə barışa yaxınlaşanda ya təxribat törədilib, ya da nifaq toxumu səpilib.

Bizim düşmən nə din, nə dil, nə də mədəniyyət fərqləridir.

Düşmən bu fərqləri alətə çevirən, xalqları qarşı-qarşıya gətirən siyasətdir.

Bu siyasətin qazancı güc mərkəzlərinin hesabına yazılır, itkisi Cənubi Qafqaz xalqlarının taleyi olur.

Bu gün 1990-cı illərin qarışıq, təsirə açıq dünyası deyil. ABŞ, Avropa İttifaqı, Çin, Türkiyə, hamısı Cənubi Qafqaza yeni baxış gətirib.

Moskvanın təkbaşına hökmranlıq dövrü zəifləyir.

Bu, Cənubi Qafqazlıların öz taleyini özü müəyyənləşdirə biləcəyi tarixi fürsətdir.

Vaşinqtonda imzalanan paraf sənədi də bu fürsətin nəticəsidir. Bəli, bu, hələ yekun deyil, amma yol xəritəsi artıq çəkilib.

Ən çox müzakirə edilən isə “Tramp dəhlizi”dir. Bu dəhliz regionun ticarət və logistika xəritəsini dəyişəcək, qarşılıqlı iqtisadi güc yaradacaq.

Biz çox istərdik ki, Zəngəzur dəhlizi Azərbaycanla Ermənistan arasında razılaşdırılaydı. Amma Azərbaycan çox çalışsa da, olmadı…


Ermənistan mediasını diqqətlə izləyirəm.

Hakimiyyətə yaxın media Vaşinqtonda imzalanan sənədi “tarixi addım” kimi təqdim edir, Nikol Paşinyanı suverenliyi qoruyan lider kimi göstərir.

Qərbmeyilli media neytral mövqedədir, Rusiyanın təzyiqlərinə diqqət çəkir.

Rusiyapərəst media isə sənədi “suverenliyə zərbə” adlandırır, dəhlizi tənqid edir, Moskva ilə münasibətlərin pozulacağı qorxusunu yayır.

Amma bu mübahisələrin içində ən vacibi və Cənubi Qafqaza dərman olan bir sual eşidilmir, sülhün faydası nə olacaq?
 

Hamı bilir, sülh yeni qurbanların qarşısını alacaq.

Sülh anaların göz yaşını birdəfəlik siləcək.

Sülh gənclərin ömürlərinin yarı qalmasına “yox” deyəcək.

Sülh yeni qanların axmasına sipər olacaq.

Bizim peşə xəbər yaymaqla yanaşı, yaddaş yazmaqdır.

Müharibə başlıqları bu gün klik gətirə bilər, amma sabaha ölüm vəd edir.

Sülh başlıqları bəlkə bu gün çox oxucu əldə edə bilmir, amma sabahlara yaşamaq haqqı qazandırır.

Borcumuz faktı təhrif etməmək, qarşı tərəfi demonizasiya etməmək, xalqa barışın zəruriliyini anlatmaqdır.

Bu region müharibədən yorulub.

Analar oğul ağlamaqdan, övladlar atasız qalmaqdan dilə gəlib. İnanmırsınızsa, Azərbaycan torpalarında müharibələrin udduğu ermənilərin analarından soruşun, yenə müharibələrin udduğu ermənilərin övladlarından soruşun.
 

Paraflanan sənəd bir fürsətdir, onu sona çatdırmaq üçün iradə lazımdır.

Revanşizm meyilləri alovlansa, Ermənistan məhv olacaq. 2020-ci il bunun nümunəsi deyilmi?..

Sülh zəiflik deyil, sülh ən böyük zəfərdir.

Sülh insanlığın qələbəsidir.

Sülhü gətirənlər insanlığı sevənlərdir.

Odur ki, sizdən xahişim olacaq.

Müəllimlərinizə deyin ki, daha şagirdləri Azərbaycan düşməni kimi yetişdirməsinlər.

Tarixçilərinizə deyin ki, daha yetər, saxta tarix yazmasınlar.

Musiqiçilərinizə, aşpazlarınıza deyin, ayıbdır, mədəni irslə oynamasınlar, oğurluq etməsinlər.

Diasporunuza deyin ki, illüziyalardan əl çəksinlər, pullarını Azərbaycana qarşı əks-təbliğata sərf etməsinlər, barışa xərcləsinlər.

Əsgərlərinizə deyin, izah edin ki, bir daha Azərbaycan torpaqlarına gəlməsinlər.

Köçəryana, Sarkisyana deyin ki, zənginləşmək üçün erməniləri yenə ölümə aparmasınlar.

Dövlətinizə deyin ki, indi XXI əsrdir, Konstitusiyanızdan Azərbaycana qarşı ərazi iddialarını silsin.

Hamıya deyin, deyin ki, müharibə ritorikasından ömürlük əl çəksinlər.


Sülhə imkan yaradın.

İki qonşu əbədi düşmən olacaqsa, sonda biri bitəcək.

Azərbaycanın istəkləri sadədir.

Azərbaycan ikinci Xocalı soyqırımı istəmir.

Azərbaycan insanlıq əleyhinə heç nə istəmir.

Azərbaycan regiona sülh gətirib, sülh istəyir.

Azərbaycan qonşuluq istəyir.

Azərbaycan günəşli sabahlar istəyir.

Azərbaycan müharibəsiz Cənubi Qafqaz istəyir.

Ümid edirəm ki, siz də sülh, qonşuluq, günəşli sabah, müharibəsiz Cənubi Qafqaz istəyəcəksiniz.

Ümid edirəm ki, bu məktubu oxuyandan sonra heç olmasa ermənilər naminə siz də bizim istədiklərimizi istəyəcəksiniz və cəmiyyətinizə sülhün alternativi olmadığını deyə biləcəksiniz.

Bizim istəklərimiz insanlıqdır, Cənubi Qafqaza sülhdür.

Arzumuz xarici jurnalistlərin bölgədən müharibə reportajları deyil, barış, sülh, quruculuq reportajları hazırlamasıdır.
 

Azərbaycan süh istəyir, sülh zəiflik deyil, barışdır, bölgəyə zəfər deməkdir.

Bu məktubu mən, bir jurnalist, bir Kəlbəcərli, 30 il işğal yarası yaşamış, indi isə doğma yurduna dönmüş bir insan olaraq yazdım.

Və yeri gəlmişkən, tarixin heç bir səhifəsində Kəlbəcərdə bir nəfər də erməni yaşamayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Avqust 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri