Azərbaycanlı məktəblilərin Batumidəki çıxışı maraqla qarşılanıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tbilisi, 19 noyabr, AZƏRTAC
Batumidəki “Evro-2000” liseyində “Gürcüstanın multikultural zənginliyi” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi Gürcüstanın zəngin etnik və mədəni müxtəlifliyinin, xalqlar arasında dostluq və qarşılıqlı hörmət ənənələrini təbliğ etməkdir.
Tədbirdə "Evro -2000" liseyində təhsil alan, eləcə də Batumidəki M.F.Axundzadə adına Xeyriyyə Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili məktəbinin şagirdləri iştirak ediblər.
Azərbaycan dili məktəbinin müəllimi Aynutə Quluzadə AZƏRTAC-a bildirib ki, Azərbaycanlı şagirdlər milli musiqimizin və mədəniyyətimizin rəngarəngliyini nümayiş etdiriblər. Şagirdlərin ifasında səslənən “Şən Azərbaycan” mahnısı tədbirə xüsusi ovqat bəxş edib.
Onun sözlərinə görə, Azərbaycanlı şagirdlərin tədbirdə iştirakı milli mədəniyyətimizin və musiqimizin təqdim olunması, gənc nəslin öz milli kimliyinə bağlılığının nümayiş etdirilməsi baxımından əhəmiyyətli olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 19 Noyabr 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















