Azərbaycanlı müğənni 340 minlik maşını ilə görüntüləndi VİDEO
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Müğənni Arzu Mirzəyeva lüks avtomobili ilə görüntülənərək diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, sənətçinin idarə etdiyi və təxminən 200 min dollar (340 min manat) dəyərində olduğu bildirilən avtomobil izləyicilərin marağına səbəb olub. Arzu Mirzəyeva avtomobilin ona hədiyyə edilib-edilmədiyi və ya şəxsi vəsaiti hesabına alınıb-alınmadığı ilə bağlı suala isə konkret cavab verməyərək bunu sirr saxlayıb.
İfaçı açıqlamasında sənət fəaliyyətindən yaxşı qazanc əldə etdiyini də etiraf edib. O bildirib ki, gün ərzində dörd fərqli məkanda səhnəyə çıxır.
Arzu həmçinin şou xarakterli proqramlarda əsasən vaxt keçirmək və tamaşaçılarla ünsiyyətdə olmaq üçün iştirak etdiyini deyib. Müğənni əlavə edib ki, işləməyə ciddi ehtiyacı olmadığını düşünür.
Sənətçi şəxsi həyatı ilə bağlı da danışaraq çox gəzməyi sevmədiyini, işi olduqda evdən çıxdığını, proqramını tamamladıqdan sonra isə yenidən evə qayıtmağa üstünlük verdiyini bildirib.
Onun açıqlamaları və bahalı avtomobili sosial şəbəkələrdə maraqla qarşılanaraq müzakirələrə səbəb olub.
Musa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 13 İyun 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















