Icma.az
close
up
RU
Azərbaycanlı notariusun Londondakı uğur hekayəsi MÜSAHİBƏ

Azərbaycanlı notariusun Londondakı uğur hekayəsi MÜSAHİBƏ

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

London, 1 aprel, AZƏRTAC

Bugünkü müsahibimiz Nərminə Hüseynova Bakıda böyüyüb və 17 yaşında Londona köçərək hüquq təhsili alıb. O, “City, University of London” universitetində magistr dərəcəsini fərqlənmə ilə tamamlayıb və hazırda “De Pinna Notaries” şirkətində skrivener notarius kimi fəaliyyət göstərir. Bu gün İngiltərə və Uelsdə ümumilikdə təxminən 40 skrivener notarius var ki, bu da həmin işin nə qədər nadir və prestijli olduğunu göstərir.

Bundan əlavə, Nərminə Hüseynova skrivener notarius olaraq Londonda “Freeman of the City of London” adına layiq görülüb. O, AZƏRTAC-ın London bürosu ilə peşəkar fəaliyyəti, karyera yolu və uğur sirlərini bölüşüb.

-Sizin hüquq sahəsinə marağınız necə yarandı və notarius peşəsini seçməyinizə nə səbəb oldu?

- Bakıda təhsilimi başa vurduqdan sonra 17 yaşımda Londona gəldim. UCL-də hazırlıq ilini tamamladıqdan sonra “City, University of London”un Hüquq fakültəsində təhsil aldım və 2018-ci ildə fərqlənmə (First Class) dərəcəsi ilə məzun oldum. Bu universitet mənə magistraturada təhsil haqqını tam qarşılayan bir təqaüd təklif etdi və nəticədə 2019-cu ildə beynəlxalq kommersiya hüququ üzrə magistr dərəcəsini (LLM) fərqlənmə ilə tamamladım. 2019-cu ilin yanvarında LLM təhsilimi davam edərkən, “De Pinna Notaries” şirkətində yarımştat notarial assistent kimi çalışmağa başladım. Təhsilimi başa vurduqdan sonra tam ştatlı təcrübəçi notarius (trainee notary), daha sonra ümumi notarius (general notary) oldum və hazırda skrivener notarius kimi fəaliyyət göstərirəm. Skrivener notarius ümumi notariusun kvalifikasiyasına əlavə olunan ixtisaslaşmadır və ümumi notarius olandan sonra əlavə təcrübə və imtahanlardan keçməyi tələb edir.

Notarius peşəsinə marağımın əsas səbəbi dil biliklərimdən istifadə edə bilmək potensialı idi. Ancaq həmişə zarafatla deyirəm ki, əslində bu peşəyə yönəlməyimin səbəbi atamın, mən 15 yaşımda hüquqla maraqlandığımı eşidən kimi, “notarius olarsan” deməsi olub!

-Azərbaycanda böyüməyiniz sizin karyera seçiminizə və ambisiyalarınıza necə təsir edib?

- Ailəmizdə təhsil həmişə prioritet olub və uğur qazanmaq, demək olar ki, gözlənilən idi. Düşünürəm ki, təvazökarlıq azərbaycanlılar arasında geniş yayılıb. Bu səbəbdən biz, xüsusilə xaricdə yaşayan azərbaycanlılar, uğurlarımızı danışmaqdan çəkinirik, bəzən onları kiçildirik. Məsələn, hüquq təhsili aldığım müddətdə səkkiz akademik mükafat qazandığımı söylədikdə çoxları təəccüblənir. Amma həmin mükafatları aldığım vaxt özümdən bu nəticələri gözləyirdim və hətta tələb edirdim. Fikrimcə, bunun əsas səbəblərindən biri də odur ki, biz çox uzaqlara səyahət edir və ailələrimizdən uzun müddət uzaq qalırıq, bu da burada vaxtımızı necə istifadə etdiyimizə daha çox diqqət yetirməyimizə səbəb olur. Məsələn, ümumi notarius kimi çalışmağa başladığımda artıq bu uğurun özünün böyük bir nailiyyət olduğunu anlayırdım və o zamanlar skrivener notarius olmamağım işimdə demək olar ki, məhdudiyyətlər yaratmırdı. Lakin skrivener notarius olmaq üçün əlavə addım atmağı düşünmədən qərara aldım. İş sahəmə dair əlavə kvalifikasiyanın mövcudluğu onu əldə etmək üzərində çalışmağım üçün kifayət qədər əsas idi. Bu yolu gəlmişkən, özümə “niyə?” sualı deyil, hər zaman “niyə də olmasın?” sualını vermişəm.

 -Karyeranızda ən böyük çətinlik nə olub və onu necə aradan qaldırmısınız?

-Fərdi məsuliyyətin miqyası mənim üçün ən böyük çətinliklərdən biri olub. Böyük hüquq firmalarında mühüm sənədlər bir neçə şəxs tərəfindən yoxlanılır. Notariuslar isə ciddi təlimlər keçsələr də və notarius olaraq çalışarkən belə iki il ərzində nəzarətçi notarius tərəfindən mütəmadi olaraq yoxlanılsalar da, lisenziya aldıqdan sonra sənədləri tək imzaları ilə təsdiq edib məsuliyyəti öz üzərlərinə götürürlər (təbii ki, maliyyə baxımından şirkət və peşəkar sığorta tərəfindən qorunuruq) adətən çox qısa müddət ərzində işi tamamlamalı olurlar. Notariusun verdiyi sənədlər beynəlxalq səviyyədə müxtəlif tərəflərə təqdim olunur və bu, ciddi bir öhdəlikdir. Dəfələrlə yoxlasanız belə, insan səhvinin tamamilə mümkünsüz olmadığını qəbul etmək çətindir. Bunun öhdəsindən gəlmək üçün təcrübə qazanmaq əsas amil oldu. İllər keçdikcə, notariusun diqqətini ən xırda detallara yönəltmək bacarığı elə bir səviyyəyə çatır ki, səhvlər nəzəri cəhətdən mümkün olsa da, praktiki cəhətdən nadir hallarda baş verir.

-Notarius nə iş görür və onun rolu niyə hüquq və beynəlxalq münasibətlərdə bu qədər vacibdir?

- Bəzi ölkələrdə notariuslar daxili işlərə digərlərindən daha çox cəlb olunurlar. İngiltərə və Uelsdə notariuslar daha çox beynəlxalq elementi olan məsələlərdə, yəni sənədlərin xaricdə istifadə edildiyi hallarda tələb olunur. Onlar sənədlərə və hüquqi faktlara dair rəsmi təsdiqlər verərək, müxtəlif dövlət orqanları və biznes strukturları üçün etibarlılıq təmin edirlər. Məsələn, bizdən tez-tez bir ingilis şirkətinin xaricdə filial açması üçün sənədləri hazırlamaq tələb olunur. Bu zaman şirkətin mövcudluğu, idarəçilərin şəxsiyyəti, hüquqi sənədlər, nizamnamə və sair sənədlər təsdiqlənir. Bundan əlavə, xarici hüquqşünaslar və rəsmi orqanlar şirkətin imza səlahiyyətlərinin qanuni olduğuna və etibarnamə kimi sənədlərin bizim hüququmuza əsasən düzgün verilməsinə əmin olmaq üçün bizdən təsdiq tələb edirlər. Notariuslar, eyni zamanda, beynəlxalq tranzaksiyaların asanlıqla həyata keçirilməsinə kömək edir və saxtakarlıq riskinə qarşı əlavə müdafiə qatını təmin edirlər.

-İnsanlar notarius peşəsi haqqında ən çox hansı yanlış təsəvvürə malikdirlər?

- Ən geniş yayılmış yanlış fikir odur ki, notariuslar sadəcə sənədləri imzalayıb möhür vururlar. Lakin İngiltərədə notariuslar ciddi hüquqi tənzimləmələrə tabedir və sənədin “imzalanıb möhürlənməsi” prosesi onların işinin ən kiçik və sadə hissəsidir.

-Londonda notarius olmaq üçün hansı təhsil və ixtisaslaşmalar tələb olunur?

-Adətən, notarius olmaq üçün İngiltərə və ya Uelsdə hüquq üzrə bakalavr dərəcəsinə malik olmaq, daha sonra üç əlavə fənn üzrə praktiki imtahanları vermək və ikiillik “Notarial Practice Course” (Notarial Təcrübə Kursu) proqramına yazılmaq tələb olunur. Hazırda bu kurs məsafəli olaraq “University College London” (UCL) tərəfindən təşkil edilir. Kursu uğurla başa vurduqdan və tənzimləyici orqan tərəfindən təsdiq alındıqdan sonra notarius fəaliyyətinə icazə verən lisenziya əldə edərək “General Notary” (ümumi notarius) kimi fəaliyyət göstərmək mümkündür. Skrivener notarius olmaq üçün isə əvvəlcə ümumi notarius kimi təsdiqlənmək və skrivener notarius olaraq təsdiqlənmiş və fəaliyyət göstərən notariusun nəzarəti altında müəyyən müddət iş təcrübəsi yığmaq lazımdır. Bundan sonra beş əlavə imtahan vermək tələb olunur. Bu imtahanlar arasında iki xarici dildə hüquqi sənədlərin tərcüməsi (mənim üçün bu dillər rus və türk dili olub), həmin dillərdən birində sənədlərin hazırlanması, bir xarici ölkənin hüquq sisteminə (notariusun işinə aidiyyəti olan sahələrdə) dair imtahan və “Advanced Notarial Practice” (Qabaqcıl Notarial Təcrübə) imtahanı var. Maraqlıdır ki, mən bu imtahanlarda türk dili və türk hüququ üzrə imtahan verən tək şəxs olduğumu öyrənmişəm. Hazırda İngiltərə və Uelsdə cəmi təxminən 40 skrivener notarius fəaliyyət göstərir. Ümumi notariusların sayı isə 750-yə yaxındır.

-Bu yaxınlarda “Freedom of the City of London” fəxri adına layiq görülməyiniz münasibətilə sizi təbrik edirik. Bu sizin üçün nə ifadə edir?

- Təşəkkür edirəm. “The Worshipful Company of Scriveners” tərəfindən müəyyən edilmiş beş imtahanı uğurla keçdikdən sonra, bu cəmiyyətin üzvü olaraq “Freeman of the City of London” adına müraciət edə biləcəyimi öyrəndim (hansı ki, bu ada qəbul olunmaq üçün bir neçə yollardan biridir). Müraciətim keçən ilin dekabr ayında təsdiqləndi və rəsmi mərasim bu il fevralın 28-də oldu. Cəmiyyətə qəbul olunmağım üzərində illərlə çalışsam da, Londonda bu qədim ənənənin bir hissəsi olmaq mənim üçün inanılmaz bir hiss idi. Tarixi orta əsrlərə gedib çıxan “Freeman of the City of London” titulu əvvəllər Londonda yaşayan və çalışan şəxslərə xüsusi hüquq və imtiyazlar verirdi. O dövrlərdə bu statusa sahib olanlar şəhərdə ticarətlə məşğul olmaq, bəzi vergilərdən azad olmaq və hətta ictimai yerlərdə silah gəzdirmək kimi hüquqlara malik idilər. Bu gün isə “Freeman of the City of London” şərəfli bir ad kimi qəbul edilir və bəzən görkəmli şəxslərə müraciətsiz belə hörmət və şərəf rəmzi olaraq verilir.

-İşinizin ən çox sevdiyiniz tərəfi nədir?

- İşimdə ən çox sevindirən məqam müştərilərin zamanla inkişafını görməkdir. Məsələn, sənədlərini hazırlamağa kömək etdiyimiz korporativ müştərilərin tenderləri udduğunu və layihələri gerçəkləşdirmək üçün bizdən yenidən sənədlər istədiyini görmək işimin real nəticələr verdiyini hiss etdirmək baxımından çox qiymətlidir.

-Xaricdə uğurlu karyera qurmaq istəyən azərbaycanlı gənclərə hansı məsləhəti verərdiniz?

- Onlara xaricdə olduqları müddətdə mümkün qədər çox imkanlardan yararlanmağı tövsiyə edərdim. Həmçinin nailiyyətlərini qeyd etməyə vaxt ayırsınlar və onları gizlətməsinlər, çünki hər kiçik uğuru qeyd etmək insana irəli getmək üçün motivasiya verir. Bundan əlavə, əgər yerli immiqrasiya qaydaları icazə verirsə, təhsil müddətində müvafiq sahədə iş təcrübəsi qazanmaq yaxşı fikirdir. Bu, gələcəkdə işləmək istədikləri sahənin spesifik xüsusiyyətlərinə erkən mərhələdə bələd olmağa kömək edir. Bu gün insanlar sürətli nəticələrə can atmağa meyillidirlər, lakin bütün peşələrdə bu, mümkün olmur. Karyeranın ilk illərində ciddi çalışmaq və zəhmət çəkmək gələcək uğurlar üçün böyük fərq yaradır və ən ağıllı seçimlərdən biridir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri