Icma.az
close
up
RU
Azərbaycanlı maliyyə mütəxəssisləri Londondakı beynəlxalq tədbirdə yüksək mükafatlarla təltif edilib

Azərbaycanlı maliyyə mütəxəssisləri Londondakı beynəlxalq tədbirdə yüksək mükafatlarla təltif edilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

London, 21 noyabr, AZƏRTAC

Londonda noyabrın 16-20-də peşəkar mühasib təşkilatı- Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) üzvlərinin də iştirak etdiyi beynəlxalq sammit keçirilib.

AZƏRTAC xəbər verir ki, sammiti Böyük Britaniyanın nüfuzlu peşəkar mühasib təşkilatı “ICB/ICFM Global” təşkil edib və dünyanın aparıcı şirkətlərinin nümayəndələrini, beynəlxalq qurumların təmsilçilərini, maliyyə, mühasibat, vergi, audit, maliyyə nəzarəti və iqtisadiyyat sahələrində çalışan mütəxəssisləri bir araya gətirib. Sammit qlobal mühitdə baş verən dəyişikliklərə uyğunlaşma, etik risklər, hesabatlılıq, davamlılıq və rəqəmsallaşma üzrə yeni çağırışları əhatə edib.

Sammit çərçivəsində APFM üzvləri maliyyə və mühasibatlıq sahəsinin ən nüfuzlu mükafatlarından olan beynəlxalq “LUCA AWARDS 2025”in təqdimat mərasimində iştirak ediblər. Maliyyə dünyasının “Oskar”ı kimi tanınan bu mükafat, peşəkar mühasibatlığın banilərindən sayılan Luka Paçiolinin şərəfinə təsis olunub. Ölkəmizin nüfuzlu təşkilatlarını təmsil edən APFM üzvləri müxtəlif nominasiyalar üzrə “LUCA AWARDS 2025” mükafatına layiq görülüblər. Mükafatları rəsmi ziyafətdə “ICB/ICFM Global” təşkilatının icraçı direktoru Ami Kopeland təqdim edib. Tədbirin fəxri qonağı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birinci katibi Eltay Aslanov APFM üzvlərini təbrik edərək onların beynəlxalq platformadakı uğurlarını yüksək qiymətləndirib.

Noyabr 19-da “ICB/ICFM Global” nümayəndələri üçün Britaniya Parlamentində işgüzar nahar təşkil olunub və Azərbaycan nümayəndə heyəti də tədbirdə iştirak edib. “ICB/ICFM Global”ın prezidenti Qarri Karter və icraçı direktor Ami Kopeland çıxış edərək təşkilatın 142 ölkədə standartların yüksəldilməsi, hesabatlılığın gücləndirilməsi və kiçik müəssisələrə dəstək sahəsində oynadığı unikal rolu vurğulayıblar. Onlar, həmçinin sammit çərçivəsində Azərbaycandan olan üzvlərə fəal iştiraka görə təşəkkür ediblər.

Eltay Aslanov qeyd edib ki, beynəlxalq əməkdaşlığın artırılması, maliyyəçilərin davamlı peşəkar inkişafı, beynəlxalq arenada digər həmkarları ilə təcrübə mübadiləsi üçün belə tədbirlər mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə qonaqlara Azərbaycanın milli hədiyyələri təqdim olunub.

Sammit çərçivəsində müxtəlif işgüzar görüşlər keçirilib, yerli və xarici mütəxəssislər tərəfindən beynəlxalq təcrübələr və uğurlu nümunələr təqdim olunub. Bu görüşlər Azərbaycan mütəxəssislərinin qlobal trendlərlə ayaqlaşmasına və daha çevik düşüncə tərzi formalaşdırmasına mühüm töhfə verəcək.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 02:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri