Icma.az
close
up
RU
Azərbaycanlı oxucu ilə səmimi olmağın fəsadları

Azərbaycanlı oxucu ilə səmimi olmağın fəsadları

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanlıların sevimli yazıçısı, şairi olmaq üçün, birinci şərt yazıçı-şairin ona əlçatan olmamasıdır. Hətta çox yaxşı yazıçı olmasan belə, əlçatan deyilsənsə, müəyyən müti azərbaycanlılar sənə mütləq hörmət edəcək.

Məhz əlçatan olmadıqda yazıçıya, şairə daha çox heyranlıq duyulur, rəğbət bəslənilir, hətta çəkinirlər də.

Çün, müti orta klassik azərbaycanlı oxucu sosial şəbəkədə aktiv olan yazıçı-şairlə elə danışır, elə xitab, ərk edir, elə bil, əsgər, tələbə, sinif yoldaşıdır.

Sözsüz, onlar nə qədər tərbiyəsiz olduğunun fərqində deyillər.

Məsələn, sosial şəbəkədə olan yazıçıdan əlavə hansısa müti oxucunun AYB sədri Anar, bir xeyli vəzifələrdə kök atmış Kamal Abdulla, vəzifəsiz məmur Ramiz Rövşən, hətta varlığı ilə yoxluğu arasında heç bir fərq olmayan Çingiz Abdullayevdən belə nəsə tələb etdiyini görmək mümkün deyil.

Niyə? Çünki bu və adları çəkilməyən digər yazıçılar sosial şəbəkədə deyillər, daha dəqiq, sosial şəbəkədə olub da, onlarla səmimi mesajlaşmır, rəylərinə cavab vermir, layklarını da görmürlər.

Bu tip azərbaycanlılar məmurdan qorxduğu, qarşılarında əzildiyi kimi, vəzifəsi olan yazıçının da qarşısında süst qalır. Yalandan “səmimiyyət böyüklükdür, ali dəyərdir” deyilməyinə baxmaq lazım deyil. İstənilən məmur-yazıçıya olan münasibət mənzərəni daha aydın göstərir.

Məsələn, azərbaycanlıların sosial şəbəkədə aktiv olan yazıçıdan gözlədiyi mövqelərin hansı birini hansısa Xalq yazıçısından gözlədiyi görülüb?

Kim Ramiz Rövşənə, Anara, Kamal Abdullaya, Çingiz Abdullayevə “Aə, yazıçı deyilsən? Mövqe bildir, sən ziyalısan, belə ziyalı olar? Yaltaq, satqın” kimi sözlər deyib?

Yoxsa, bu adamlar dissidentdir, xalqın dərdin yazıb, sözünü deyib, xəbərimiz yoxdur?!

Yoxsa, üzünə hər söz deyilən gənc, aktiv yazıçı saman altdan su yeridərək gün-güzəran qurub?

Səbəblər isə məlum. Azərbaycanlılarla səmimi olmaq baha başa gələ bilər.

“Üz verəndə astar istəmək” məsəli olsun, hal-qəziyyə də elə bu cürdür. Hətta o qədər əxlaqsız, ailə tərbiyəsi görməyən adamlar var, məhz əlçatandır deyə, yazıçıya hansısa fikri deməməyi də deyir.

Hansısa mövqe xoşuna gəlmədi? Deyir, “Adını da yazıçı qoymusan, bu nədi ağzına gələni yazırsan? Başqa şeydən yaz!”

Dünyanın hər yerində olmasan da, dünyanın heç bir yerində yazıçıya bu cür sifariş verilmədiyini dəqiq bilmək olur.

Bəlkə də, bu tendensiyanın qarşısını heç vaxt almaq olmayacaq. Sosial tərbiyəsizlər, mütilər yalın yazıçı ilə istədiyi cür danışacaq. Üstəlik,  həyasız insanlarla mübarizənin mümkün olmadığını nəzərə alsaq, vəziyyət daha da çətinləşir.

Amma nə etməli?

Əslində, bunun özü də bir taledi, mühitin, cəmiyyətin mənzərəsidir.

Onsuz da, aşağı-yuxarı azərbaycanlılar yazıçı-şairi həmişə zəif görüb və ya görmək istəyib.

Güclünün qarşısında da daim səsini kəsib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Dekabr 2024 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri