Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Azərbaycanlı professor Türkiyədə rektor vəzifəsinə namizəd oldu

Azərbaycanlı professor Türkiyədə rektor vəzifəsinə namizəd oldu

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Beynəlxalq münasibətlər sahəsində, xüsusilə Türkiyə–Azərbaycan münasibətləri, Qafqaz, Rusiya və Türk dünyası mövzularında genişmiqyaslı tədqiqatları ilə tanınan azərbaycanlı professor Elnur Həsən Mikayıl Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetində rektor vəzifəsinə rəsmi namizəd olub.

Uzun illərdir Türkiyədə elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirən azərbaycanlı alim əldə etdiyi zəngin elmi təcrübəni, beynəlxalq akademik əlaqələrini və ali təhsil müəssisələrinin idarə olunması sahəsində qazandığı bilikləri daha geniş miqyasda tətbiq etməyi qarşısına məqsəd qoyub. Türkiyə və Azərbaycan arasında elmi-mədəni əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verən professorun mümkün rəhbərliyi Qafqaz Universitetinin regional və beynəlxalq akademik əlaqələrinin inkişafı baxımından da diqqətəlayiq perspektivlər vəd edir.

 Bakı şəhərində müəllim ailəsində anadan olan Mikayıl 20 nömrəli məktəbdə, daha sonra isə akademik Azad Mirzəcanzadənin yaratdığı Texniki-Humanitar Elmlər Liseyində orta təhsil alıb. Məktəb illərində riyaziyyat olimpiadalarında yüksək nəticələr göstərib. 1994-cü ildə Hindistanın paytaxtı Dehlidə keçirilən Beynəlxalq İnformasiya və Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil etmək üçün dünya şöhrətli azərbaycanlı alim Azad Mirzəcanzadə tərəfindən seçilmiş altı şagirddən biri olub. Ali təhsilini Türkiyədə tamamlayıb, bakalavr və magistr təhsilini Türkiyənin Səlcuq Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə başa vurub. 2011-ci ildən Qafqaz Universitetində çalışan Mikayıl bölmə və ixtisas istiqaməti üzrə rəhbər vəzifələrdə çalışıb, Universitetinin İqtisadi və İdari Elmlər Fakültəsində Siyasət Elmləri və Beynəlxalq Münasibətlər kafedrasının müdiridir. Eyni zamanda Avrasiya Strateji Araşdırmalar Mərkəzi TURAN-SAM-ın qurucu başqanıdır. Doktorluq tədqiqatında Atatürk dövründə Türkiyə–Azərbaycan münasibətlərini araşdırıb. 2023-cü ildə professor adını alıb.

Mikayılın namizədlik müraciətində təhsilin keyfiyyətinin yüksəldilməsi, tədqiqat potensialının gücləndirilməsi və konkret nəticələr verən beynəlxalq əməkdaşlığın genişləndirilməsi hədəflənir. Tələbə və tədqiqatçı mobilliyi, birgə elmi tədqiqatlar və müxtəlif elmi sahələri bir araya gətirən akademik fəaliyyətlər bu yanaşmanın əsas istiqamətlərini təşkil edir.

Türkiyə ilə Azərbaycan arasındakı akademik əlaqələrin inkişafı baxımından professor Elnur Həsən Mikayılın Qafqaz Universitetinin rektoru vəzifəsinə namizədliyi yalnız fərdi karyera mərhələsi deyil, həm də iki ölkənin elmi-təhsil əməkdaşlığının genişləndirilməsi perspektivləri kontekstində əhəmiyyət daşıyır. Qars şəhərinin Türkiyənin şərqində, Cənubi Qafqazla həmsərhəd coğrafi məkanda yerləşməsi, regionun tarixi-mədəni əlaqələri və Türk dünyası ilə qarşılıqlı münasibətlər baxımından strateji mövqeyi universitetin inkişaf prioritetlərini daha geniş regional çərçivədə müəyyənləşdirməyə imkan verir.

Türkiyə ilə Azərbaycan arasındakı akademik əlaqələr baxımından da əhəmiyyət daşıyan bu namizədlik professorun Qafqaz və Türk dünyası ilə bağlı bilik və təcrübəsi universitetin regiondakı ali təhsil müəssisələri ilə əlaqələrinin inkişafına töhfə verə biləcək xüsusiyyətlər sırasındadır. Uzun illərdir universitetin akademik və inzibati fəaliyyətində fəal iştirak edən professor Elnur Həsən Mikayıl namizədliyini Qafqaz Universitetinin Qarsa, regiona və Türkiyənin ali təhsilinə töhfəsini gücləndirmək məqsədi üzərində qurur.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2026 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see663

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see472

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see333

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see330

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see329

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see316

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see297

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see282

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see272

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see257

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see246

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see238

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see233

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see233

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see229

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see217

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see213

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see208

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see200

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri