Azərbaycanlı reper narkotik təbliğatına görə cərimələndi
Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Rusiyada “Ptaxa” ləqəbi ilə fəaliyyət göstərən azərbaycanlı reper David Nuriyev narkotik təbliğatı ilə bağlı iş üzrə məhkəmə qarşısına çıxıb.
Axşam.az xəbər verir ki, Moskvanın Nikulin məhkəməsi reperi internetdə narkotik təbliğatı ilə bağlı inzibati iş üzrə 80 min rubl (təxminən 1754 manat) məbləğində cərimələyib.
Bildirilib ki, musiqiçi Rusiya İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinib. İşin səbəbi onun "VKontakte" sosial şəbəkəsində yayımlanan trekləri olub.
Məhkəmə iclasında iştirak edən ifaçı ittihamları qəbul etməyib. O bildirib ki, mahnıların müəllifi olsa da, onları sosial şəbəkədə özü paylaşmayıb. Reper qərardan apellyasiya şikayəti vermək niyyətindədir.
Qeyd edək ki, reper daha əvvəl onun barəsində açılan işə münasibət bildirərək, bunu yaradıcılıq və fikirlərinə qarşı təzyiq cəhdi kimi qiymətləndirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:209
Bu xəbər 16 İyul 2026 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















