Icma.az
close
up
RU
Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı

Azərbaycanlı şagird beynəlxalq olimpiadada qızıl medal aldı

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Bakı şəhəri Yasamal rayonu Paşa Nəzərov adına 60 nömrəli tam orta məktəbin 10 “A” sinif şagirdi Səmra Samir qızı Əhmədova beynəlxalq səviyyəli nüfuzlu bilik yarışında böyük uğura imza atıb.
Modern.az xəbər verir ki, Səmra Əhmədova dünyanın müxtəlif ölkələrindən minlərlə məktəblinin iştirak etdiyi HIPPO Beynəlxalq İngilis Dili Olimpiadasında yüksək nəticə göstərərək qızıl medala layiq görülüb. Səmranın əldə etdiyi bu uğur onun ingilis dili sahəsində yüksək hazırlığının, məqsədyönlü fəaliyyətinin və davamlı zəhmətinin nəticəsidir. Şagird olimpiadanın müxtəlif mərhələlərində uğurla çıxış edərək rəqiblərini geridə qoyub və yekun nəticələrə əsasən qızıl medal qazanmağa nail olub.
Bu uğur həmçinin Azərbaycanın gənc nəslinin beynəlxalq bilik yarışlarında rəqabətqabiliyyətli olduğunu bir daha nümayiş etdirir. Səmra Əhmədovanın qazandığı qızıl medal digər məktəblilər üçün də motivasiya mənbəyi olmaqla yanaşı, ölkəmizin təhsil sahəsində əldə etdiyi nailiyyətlərin davamlı xarakter daşıdığını göstərir.
Qeyd edək ki, HIPPO Beynəlxalq İngilis Dili Olimpiadası 6-19 yaşlı məktəblilər üçün təşkil edilir və ingilis dili biliklərinin, oxuyub-anlama, qrammatika, leksika və kommunikasiya bacarıqlarının qiymətləndirildiyi ən nüfuzlu beynəlxalq müsabiqələrdən biri hesab olunur. Olimpiada hər il onlarla ölkədən məktəbliləri bir araya gətirərək onların bilik və bacarıqlarını beynəlxalq səviyyədə sınamaq imkanı yaradır.

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 İyun 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see366

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see364

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see343

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see338

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see337

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see308

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see303

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see295

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see273

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see270

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see249

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see244

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see228

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see208

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see208

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see202

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see200

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see199

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see177

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri