Azərbaycanlı şagirdlər Qətərdə keçirilən Dünya Riyaziyyat çempionatında 12 bürünc, 2 gümüş, 1 qızıl medal qazanıb
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Qətərin paytaxtı Dohada təşkil olunan WMTC-in final mərhələsində Azərbaycan komandası iştirak edib.
Sherg.az xəbər verir ki, komandamızdan 26 şagird 5 kateqoriyada mübarizə aparıb. Komandalardan ikisi Junior, ikisi İntermediate, biri isə Advanced kateqoriyasında öz güclərini sınayıblar. Komandamızdan 1 nəfər Əli Qasımlı qızıl medal , 2 nəfər Zeynəb Qasımlı və Nuray Əzimzadə gümüş, Gülər Əzizadə, Camal Əzizli, Cəsur Əlizadə, Mirkərəm Mirizadə, Abdullah Əzimzadə, Əli Şəfiyev, Amin İsmayılzadə, Samir Məmmədov, Cəfərsadiq Qasımlı, Məltəm İsayeva, Raul İmanlı, Ziyad Hidayətli isə bürünc medal, Unal Əliyev və Kameilya Purqurban isə Fəxri Fərman əldə ediblər. Komanda raundunda isə şagirdlərimizdən *Land of Fire* komandası 1-ci yeri qazanaraq kubok əldə edib. Qaliblərə mükafatları Qətər Təhsil Naziri, Qətər Nəqliyyat Naziri ölkələrin rəsmi səlahiyyətli səfirləri təqdim edib. Final mərhələsində 35-dən çox ölkə iştirak edib. Bolqarıstan,Çin,ABŞ komandası dünya üzrə ilk yerləri aralarında bölüşüblər. Tədbir Qatar Airways, Qətər Təhsil Fondunun, Qətər Təhsil nazirliyinin təşkilatçılığı ilə həyata keçirib. Qeyd edək ki, Azərbaycan ilk dəfə Global Olympiad Centerin təşkilatçılığı ilə Dünya Riyaziyyat Çempionatında təmsil olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 01 Dekabr 2024 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















