Icma.az
close
up
RU
Menu

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Azərbaycanlı tatu ustasından Almaniyada böyük qələbə İki dəfə birinci oldu

Azərbaycanlı tatu ustasından Almaniyada böyük qələbə İki dəfə birinci oldu

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir az fərqli sahədir, amma son illər tatu sənətinə maraq Azərbaycanda da xeyli artıb. Azərbaycanlı tatu ustası Niko adı ilə tanınan Nihad Hüseyinli isə bu sahədə beynəlxalq uğura imza atıb. Almaniyada keçirilən ilk yarışında çəkdiyi Salvador Dali portreti ilə iki kateqoriyada birinci olub. Maraqlıdır ki, Niko birinci mükafatı gözləsə də, ikinci qələbədən özü də xəbərsiz olub.

''Yeni Sabah'' onunla bu uğuru, tatu sənətinə gəlişi və gələcək planları barədə söhbətləşib.

– Tatu sənətində fəaliyyətiniz haqqında qısa məlumat verə bilərsiniz? Dördpendirli pizza

– Tatu sənətinə ilk dəfə 2015-ci ildə başlamışam. Təxminən, 5-6 ay işlədikdən sonra Türkiyəyə köçdüm və şəxsi səbəblərdən iki ilə yaxın bu sahədə fəaliyyət göstərə bilmədim. Sonra qərara gəldim ki, mən bu işi sevirəm və başqa bir işlə məşğul olmaq istəmirəm. 2018-ci ildən yenidən başladım və peşəkar fəaliyyətimi də həmin ildən hesablayıram. Əsasən realizm və ''cover-up'' işləri görürəm.

– ''Mannheim Tattoo Convention''a qatılmağınız necə baş verdi?

– Onsuz da Avropada yaşayırdım. ''Mannheim Tattoo Convention''da iştirak etmək üçün belə bir fürsət yarandı, mən də dəyərləndirib qatılmaq qərarına gəldim. Bu, mənim ilk yarışmam idi.

– Yarışmada hansı işi təqdim etdiniz?

– Salvador Dalinin portretini işlədim. Öz dizaynım əsasında hazırlanmış rəngli realizm işi idi və rəngli kateqoriyada yarışırdı.

– İki birincilik qazanacağınızı gözləyirdiniz?

– Açığı, yaxşı nəticə gözləyirdim, amma birinci olacağıma əmin deyildim. “Best of Color” kateqoriyasında birinci yeri qazandıqdan sonra dostlarımla çölə çıxdıq, nəticəni qeyd edirdik. Sonra qəfil adımı eşitdim ki, “Niko Tattoo Art” həm də “Best of Day” seçilib. Beləliklə, iki birincilik qazandım. Birinci nəticəyə ümidim var idi, amma ikincini qətiyyən gözləmirdim.

– İlk yarışmanızdan iki birinciliklə ayrılmaq sizin üçün nə ifadə edir?

– Təbii ki, mənim üçün çox böyük məna daşıyır. Çünki bu, mənim ilk yarışmam idi. İlk dəfə qatıldığın bir ''convention''dan iki birinciliklə ayrılmaq mənim üçün böyük uğurdur.

Eyni zamanda, bunu Azərbaycan tatu sektoru üçün də önəmli addım hesab edirəm. Azərbaycanda tatu sənəti hələ inkişaf mərhələsindədir və gediləcək çox yol var. Biz xaricdə belə nəticələr əldə etdikcə, düşünürəm ki, Azərbaycandakı tatu sənəti də daha çox inkişaf edəcək və tanınacaq.

– Azərbaycandakı tatu sektoru ilə əlaqəniz davam edirmi?

– Bəli. Azərbaycanda daimi yaşamıram. İldə bir-iki ay gələ bilirəm. Gəldiyim zaman işləyir, seminarlar verir və bacardığım qədər yerli tatu sektorunu dəstəkləməyə, inkişafına töhfə verməyə çalışıram.

Mannheimdəki uğurdan sonra da Azərbaycandan çoxlu dəstək və təbrik aldım. Təbii ki, uğura fərqli münasibət göstərənlər də olur. Mən bunu normal qarşılayıram. İnsan uğur qazandıqca daha çox diqqət çəkir və haqqında fərqli fikirlər yaranır.

– Bundan sonrakı əsas hədəfiniz nədir?

– Daha böyük və tanınmış tatu artist olmaq, daha yaxşı işlər görmək və Azərbaycanı dünyanın müxtəlif ölkələrində təmsil etmək istəyirəm. Daha böyük ''convention'' və yarışlarda iştirak etmək əsas hədəflərimdəndir.

Düşünürəm ki, məni nə qədər çox tanısalar, mənim ölkəmi də bir o qədər çox tanıyacaqlar. Çünki hansı yarışa, hansı ''convention''a qatılıramsa, orada haradan olduğum da görünür. Mənim üçün şəxsi inkişafımla yanaşı, Azərbaycanı bu sənətdə təmsil etmək də önəmlidir.

Əsmətxanım Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 Avqust 2026 00:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see267

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see265

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see247

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see243

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see240

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see227

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see223

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see218

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see215

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see212

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see210

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see206

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see206

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see204

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see189

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see185

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see184

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see179

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri