Icma.az
close
up
RU
Görünənlə gerçək arasındakı sərhəd

Görünənlə gerçək arasındakı sərhəd

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Amerikalı rejissor Stiven Soderberqin 2013-cü ildə çəkdiyi "Əlavə təsir" (Side Effects) psixoloji trilleri ilk baxışdan depressiya, onun müalicəsi və antidepressantların mümkün fəsadları haqqında filmdir. Ancaq hadisələrin inkişafı göstərir ki, rejissorun maraq dairəsi tibbi problemdən xeyli genişdir. Burada insan psixologiyası, mənfəət naminə qurulan oyunlar, peşəkar nüfuzun kövrəkliyi, maliyyə maraqları və həqiqətin manipulyasiyaya məruz qalması bir-biri ilə əlaqələndirilir.

Filmin ssenari müəllifi Skott Z.Börnsdür. O, Soderberqlə bundan əvvəl də əməkdaşlıq etmiş, xüsusilə "Yoluxma" (Contagion, 2011) filmində müasir cəmiyyətin təhlükələrini ekranlaşdırmışdı. "Əlavə təsir" 63-cü Berlin Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında nümayiş etdirilib.

Əhvalat maliyyə maxinasiyalarına görə dörd il həbsdə yatmış Martin Teylorun (Çenninq Teytum) azadlığa çıxması ilə başlayır. Həyat yoldaşı Emili (Runi Mara) ərinin qayıdışından sonra da əvvəlki həyatına dönə bilmir. Maddi rifahın və sosial mövqenin itirilməsi, gələcəyə inamsızlıq onda dərin psixoloji sarsıntı yaradır. İntihara cəhd etdikdən sonra xəstəxanaya yerləşdirilən qadının müalicəsini psixiatr Conatan Benks (Cud Lou) üzərinə götürür.

Bir neçə antidepressantın nəticə verməməsindən sonra həkim Emilinin əvvəlki psixiatrı Viktoriya Sibertin (Ketrin Zeta-Cons) məsləhəti ilə yeni preparat - "Abliksa"nı təyin edir. Dərman qadının vəziyyətini yaxşılaşdırsa da, onda yuxuda gəzmə halları yaranır. Növbəti hadisələr isə həkimin peşəkar həyatını, ailəsini və nüfuzunu təhlükə altına qoyur. Martin öldürülür, Emili cinayət zamanı heç nə xatırlamadığını bildirir. Conatan özünü getdikcə daha mürəkkəb bir vəziyyətin içində tapır.

Soderberq burada tamaşaçının hadisələrə münasibətini ustalıqla idarə edir. Əvvəlcə tibbi dram təsiri bağışlayan film tədricən kriminal detektivə, daha sonra isə psixoloji manipulyasiyalar üzərində qurulmuş mürəkkəb trillerə çevrilir. Rejissor hadisələrin gedişində tamaşaçının formalaşdırdığı qənaətləri dağıdır, personajların görünən siması ilə həqiqi niyyətləri arasındakı məsafəni artırır. Bu baxımdan filmin əsas dramaturji uğuru gözlənilməz dönüşlərin çoxluğunda deyil, həmin dönüşlərin tamaşaçının mühakimə qabiliyyətini daim sınağa çəkməsindədir.

Filmin əsas məziyyətlərindən biri onun Alfred Hiçkokun kino ənənələri ilə qurduğu dialoqdur. Soderberq xüsusilə "Başgicəllənmə" (Vertigo, 1958) filmini xatırladan süjet konstruksiyasından istifadə edir. Hiçkokun ekran əsərində olduğu kimi, burada da qadın obrazının kimliyi, davranışlarının arxasında dayanan səbəblər və başqalarının onun haqqında yaratdığı təsəvvürlər hadisələrin əsas hərəkətverici qüvvəsinə çevrilir. Lakin Soderberq bu modeli müasir dünyanın maliyyə və əczaçılıq münasibətləri ilə birləşdirir.

Amerikalı kino nəzəriyyəçisi Devid Bordvellin kinoşünaslıq yanaşması baxımından da film qadının sirr olaraq təqdim edildiyi, davranışlarının və psixoloji vəziyyətinin tamaşaçı üçün müəmmaya çevrildiyi triller ənənəsi ilə əlaqələndirilə bilər. Bu yanaşma Emili obrazının dramaturji funksiyasını anlamaq baxımından maraqlıdır: tamaşaçı qadının həqiqətən xəstə olub-olmadığını, hadisələrin qurbanı, yoxsa onların təşkilatçısı olduğunu müəyyənləşdirməyə çalışır.

Filmin digər mühüm istiqaməti əczaçılıq sənayesinə münasibətdir. Soderberq dərman istehsalçıları ilə həkimlər arasındakı kommersiya əlaqələrini, yeni preparatların bazara çıxarılması ətrafında formalaşan maraqları diqqət mərkəzinə gətirir. İnsan sağlamlığının biznes maraqlarının predmetinə çevrilməsi, dərmanların reklamı və tibbi qərarların iqtisadi təsirlər altında verilməsi filmin sosial məzmununu təşkil edir. Burada təkcə dərmanın mümkün yan təsirləri deyil, onun ətrafında qurulan manipulyasiya mexanizmləri də araşdırılır.

Britaniyanın "The Guardian" qəzetinin kino tənqidçisi Piter Bredşou filmi əczaçılıq sənayesinə və psixi sağlamlıq sisteminə yönəlmiş sərt satira kimi qiymətləndirir. Onun diqqət çəkdiyi məqamlardan biri də Runi Maranın yaratdığı obrazın ikili təbiətidir: aktrisa eyni zamanda həm qorxmuş, həm də qorxu yaradan qadın təsiri bağışlayır. Bredşou Cud Lounun ifasını da xüsusi qeyd edərək Conatan obrazında peşəkar ambisiya, özünəinam və mənəvi zəifliyin bir araya gəldiyini vurğulayır.

Aktyor ansamblı filmin uğurunda mühüm rol oynayır. Runi Mara Emilinin zahiri sakitliyinin arxasında gizlənən mürəkkəb xarakteri inandırıcı şəkildə təqdim edir. Cud Lou əvvəlcə öz peşəkarlığına güvənən, nüfuzlu həkimi, sonradan isə şəxsi və peşəkar həyatının dağıldığını görən insanı canlandırır. Ketrin Zeta-Cons isə Viktoriya obrazına soyuqqanlılıq və müəmmalılıq gətirir. Çenninq Teytumun iştirakı da filmin aktyor heyətini tamamlayır.

Soderberqin rejissor üslubunda vizual həllər də xüsusi əhəmiyyət daşıyır. Filmin soyuq rəng çalarları, Nyu-Yorkun sərt və yadlaşdırıcı atmosferi, qapalı məkanlardan və güzgü əkslərindən istifadə personajların daxili narahatlığını gücləndirir. Rejissor həm də operator kimi fəaliyyət göstərərək kadrların kompozisiyasına və vizual ritmə nəzarət edir. Nəticədə adi məkanlar belə tamaşaçıda narahatlıq hissi yaradır.

Filmin tənqidçilər tərəfindən qarşılanması da maraqlı mənzərə yaradır. "Rotten Tomatoes" platformasında ekran əsəri 82 faiz müsbət rəy toplayıb, "Metacritic"də isə 100 ballıq sistem üzrə 75 balla qiymətləndirilib. Bəzi tənqidçilər süjetin sonrakı dönüşlərini həddindən artıq mürəkkəb və inandırıcılıq baxımından mübahisəli saysalar da, rejissorun janrla işləmək məharətini yüksək qiymətləndiriblər.

"Əlavə təsir"in əsas sualı isə filmin adında gizlənir. Dərmanların insan həyatına təsiri, psixoloji problemlərin tibbi vasitələrlə həllinin sərhədləri, mütəxəssis məsuliyyəti və sağlamlığın kommersiyalaşdırılması... Bütün bunlar ekran əsərində bir-birinə bağlanır. Soderberq tamaşaçıya hazır cavab təqdim etmir. Əksinə, onu insanın özünü, başqalarını və hətta həqiqət kimi qəbul etdiyi məlumatları nə dərəcədə düzgün tanıya bildiyi barədə düşünməyə vadar edir.

Beləliklə, "Əlavə təsir" yalnız gözlənilməz finalı olan psixoloji triller deyil. Bu, həm də müasir cəmiyyətin pul, nüfuz və mənfəət naminə insanın ən həssas nöqtələrindən necə istifadə edə bildiyini göstərən ekran əsəridir.

"525"

Treyler

https://www.youtube.com/watch?v=Cnq77FlTi_Y

Rusca

https://kinogo.online/filmy/4379-pobochnyj-jeffekt.html

Türkçə

https://www.hdfilmcehennemi.nl/aci-recete-izle-hdf-4/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:27
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Noyabr 2026 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see349

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see293

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see292

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see279

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see270

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see267

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see256

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see255

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see245

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see235

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see233

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see229

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see228

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see228

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see226

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see210

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see203

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see200

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see192

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri