Icma.az
close
up
RU
Azərbaycanlı tələbələr üçün ən sərfəli ÖLKƏLƏR

Azərbaycanlı tələbələr üçün ən sərfəli ÖLKƏLƏR

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Hər il yüzlərlə azərbaycanlı tələbə xarici ölkələrdəki universitetlərdə təhsil üçün müraciət edir. Məsələn, 2024/2025-ci il tədris ilində dövlət xətti ilə xarici universitetlərdə təhsil alan tələbələrin sayı 1111 nəfər olub. Cari tədris ilində Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində 201 nəfər müxtəlif ölkələrin nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanıb. Onlardan 130 nəfəri Macarıstan, 43 nəfəri Çin, 8 nəfəri Rumıniya, 10 nəfəri Latviya, 10 nəfəri isə Qazaxıstanda oxuyurlar.

Təbii ki, heç də hər kəs dövlət xətti ilə xarici ölkələrin universitetlərinə qəbul olunmur. Fərdi qaydada, öz büdcəsi hesabına da başqa ölkələrin universitetlərində təhsil almaq niyyətində olan gənclər var.

Modern.az azərbaycanlı tələbələr üçün sərfəli ola biləcək ölkələri müəyyənləşdirməyə çalışıb.

Təhsil eksperti Elmin Nuri bildirib ki, bu suala bir neçə istiqamətdə cavab vermək mümkündür:

“Sərfəli dedikdə, ilk növbədə məsələnin maddi tərəfləri, həmin universitetin özü, maliyyə şərtləri və həmin universitetin yerləşdiyi şəhərin ucuzluq və bahalılıq prinsipi nəzərdə tutulur. Bu kontekstdən yanaşanda Şərqi Avropa ölkələri – Litva, Polşa, Latviya, nisbətən də Estoniya kimi ölkələr çox uğurludur. Xüsusən də mən Estoniya universitetlərinin azərbaycanlı tələbələr tərəfindən seçim məsələsi gələndə kölgədə qalmasının tərəfdarı deyiləm. Estoniya özünün istər orta, istər ali təhsil səviyyəsinə görə çox inkişaf etmiş ölkələrdən biridir. Kiçik ölkə olsa da, Finlandiya ilə qonşu olması, oradan bəhrələnməsi Estoniya təhsilini irəli aparıb. Bizim gənclərimiz Tallin Universitetinə önəm vermirlər. Təbii ki, orada oxuyan və universitetlə bağlı yüksək fikirləri olanlar var. Bu istiqamətdə Şərqi Avropa ölkələri sərfəlidir.
Polşa universitetlərini gözdən kənarda saxlamaq olmaz. Polşa Avropa üçün böyük bir tranzit nöqtəsidir. Sadəcə olaraq, coğrafi və neyromarketinq prinsiplərinə görə, hansısa ölkəni digərinə “uduzdururuq”.
Daha sonra sərfəli istiqamət dedikdə, maddi və ya seçim meyarları əsas götürülürsə, cavablar fərqli ola bilər. Elə universitet var ki, orada oxumaq asandır, amma seçim şərtləri çətindir, ancaq elə universitetlər də var ki, seçim asan, orada oxumaq isə az qala zülmdür. Ona görə də mən bu meyarların dəqiqləşməsini istərdim. Hər bir halda biz qardaş Türkiyə universitetlərini bu siyahıdan silə bilmərik. Əksinə, bu siyahının ön sıralarında həmişə Türkiyə universitetləri olub və olacaq. Əlbəttə, söhbət Türkiyənin top universitetlərindən getmir. Orada, yəni Boğaziçi Universiteti, Gülhane Tibb Akademiyası, Hacettepe Universitetlərində seçkin tələbələrimiz oxuya bilərlər. Top 10-luq, hətta top 50-likdə olmayan universitetlərdə belə oxumaq tələbələrimiz üçün çox sərfəlidir. Türkiyə  universitetlərinə önəmin çox olmasını istərdim”.

E.Nuri Türk Dünyasının yaxınlaşma meyarına görə son illərdə Qazaxıstan və Özbəkistan universitetlərinə olan marağın artdığını və bunun sevindirici hal olduğunu vurğulayıb:

“Qazaxıstan və Özbəkistan da elm və təhsilin inkişafı, ali təhsilin irəliləməsinə görə digər ölkələrdən heç də geri qalmır. Bizim gənclərimizin bu ölkələrdəki universitetlərə marağının daha da artması çox yaxşı olardı”.

Təhsil eksperti İlqar Orucov isə azərbaycanlı tələbələr üçün həm təhsil haqqı, həm də yaşayış baxımından ən sərfəli xarici ölkələri belə sıralayıb:

“Bu siyahıda yer alan ölkələr Türkiyə, İtaliya, Polşa, Macarıstan və Almaniyadır. Əvvəla, Türkiyə universitetlərinə diqqət çəkmək istərdim. Azərbaycanlı tələbələr üçün dil, mədəniyyət, coğrafi yaxınlıq baxımından ən ideal iqtisadi seçimdir. Dövlət universitetlərində təhsil haqqı 200-1500 dollar arası dəyişir. Yaşayış xərci, yataqxana, qida və nəqliyyat daxil olmaqla aylıq 300-500 dollar arası keçinmək olur. ABŞ, Böyük Britaniya, Almaniya universitetlərinə çatmasalar da, Türkiyənin də çox yaxşı universitetləri var. Ege, İstanbul, Ankara universitetləri həm də təhsil haqqı baxımından kifayət qədər əlçatandır.
Eyni zamanda tam təqaüd, illik sığorta və aylıq təqaüd, yataqxana təminatını həyata keçirən burslar var. Buraya YTB təqaüd proqramını misal göstərmək olar. Dövlətin maliyyələşdirdiyi təqaüddən tələbələrin yararlanma imkanları kifayət qədərdir.
Digər tərəfdən, İtaliya universitetləri ingilis dilində Avropada həm keyfiyyətli, həm də demək olar ki, ödənişsiz təhsil almaq üçün ən populyar istiqamət kimi dəyərləndirilə bilər. Təhsil haqqı çox baha deyil, 300-3000 avro arasında dəyişir. Bütövlükdə, İtaliyada ödənişsiz təhsil almaq imkanı var. Yaşayış xərcləri, təbii ki, şəhərdən asılı olaraq maksimum 600-800 avro arası dəyişə bilər. Eyni zamanda İtaliyanın yaxşı universitetləri – Romada yerləşən Sapienza Universiteti, Milan Politexnik Universiteti, Boloniya Universiteti və başqa universitetləri mövcuddur. İtaliya universitetləri daha çox incəsənət sahəsində kifayət qədər populyardır. Ancaq diqqət yetirmək lazımdır ki, texniki sahədə, memarlıq, dizayn istiqamətlərində çox gözəl təhsil verən universitetləri mövcuddur. Eyni zamanda sərfəli təqaüd proqramları var.
Üçüncü ölkə kimi Polşaya önəm verərdim. Çünki Avropa İttifaqına daxil olan və ən aşağı yaşayış və təhsil xərclərinə malik ölkələrdən biridir. İngilis dilində daha geniş seçim proqramları var. İngilis dilli bakalavr və magistr proqramları üzrə təhsil haqları 2000-4000 avro arasında dəyişir. Aylıq 600 avro ilə keçinmək mümkündür. Orada Varşava Universiteti, Varşava Texniki Universiteti kimi bir neçə yaxşı təhsil ocağı var.
Tələbələr üçün sərfəli universitetlərin mövcudluğu baxımından siyahıda Macarıstan da yer alır. Macarıstanla mənim çox yaxşı əlaqələrim var. Macarıstan həm fərdi büdcə, həm də Azərbaycan üçün ən böyük dövlət təqaüd kvotasını təqdim edən dövlətdir. Dövlətlərarası mübadilə proqramları mövcuddur. Təhsil haqqı baha deyil, 2500-5000 avro arasında dəyişir. Orada Debrecen Universiteti, Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti, Macarıstan Həyat Elmləri və Aqrar Universiteti kimi çox yaxşı ali təhsil müəssisələri mövcuddur. Həm də hər il Macarıstanda təqaüd proqramları olur. 200-ə yaxın azərbaycanlı tələbə üçün bütün xərcləri, yataqxana və digər xərcləri qarşılamaq baxımından sərfəlidir".

Ekspert Almaniya universitetlərinə də önəm verib:

"Almaniya universitetlərində ümumiyyətlə təhsil haqqı yoxdur. Lakin bakalavrlar üçün ən azı alman dilini B2 və ya C1 səviyyəsində bilmək çox vacibdir. Magistrlər üçün isə təhsil dili ingilis dilidir. IELTS imtahanından 6,5-dən yuxarı nəticə olduqda təhsil almaq mümkündür. Burada sadəcə 150-400 avro arasında dəyişən semestr rüsumları var. Onunla da tələbələrin başqa digər xərcləri, nəqliyyat xərcləri qarşılanır. Almaniyada yaşayış yeri, yataqxana tapmaq çətindir. Son illər yataqxana kirayələri artıb. Dövlət yataqxanası tapsa, tələbənin yaşayış xərci 900-1000 avro arasında olacaq. Berlin Texniki Universiteti, Münhen Texniki Universiteti, Köln Universiteti kimi çox yaxşı universitetləri var”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 May 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see304

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see278

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see278

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see267

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see261

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see255

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see247

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see241

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see237

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see232

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see227

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see226

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see224

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see213

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see212

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see205

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see198

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see196

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see190

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri