Icma.az
close
up
RU
Ramil Həsən Baxçalı ilə görüşdü: mühüm müzakirə... Foto

Ramil Həsən Baxçalı ilə görüşdü: mühüm müzakirə... Foto

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri, hakim Cumhur İttifaqının tərəfdaşı Dövlət Baxçalı ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə qardaş türk dövlətləri arasında çoxtərəfli münasibətlərin inkişafı, Azərbaycan və Türkiyə arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq əlaqələri, bu istiqamətdə indiyədək atılmış mühüm və tarixi addımlar, eləcə də gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müstəqil və güclü siyasətə sahib Azərbaycan və Türkiyənin Türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsində və Türk dünyasının birliyinin möhkəmləndirilməsində aparıcı rol oynadığı, digər qardaş dövlətlər üçün nümunə və ilham mənbəyi olduğu vurğulanıb. Qarabağ Zəfərinin baş memarı, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü dövlətçilik siyasətinin Türkiyə Cumhuriyyəti tərəfindən hərtərəfli dəstəkləndiyi qeyd edilib.

Görüş zamanı TÜRKPA-nın 15-ci plenar iclasının uğurla başa çatması və Assambleyanın 2027-ci il üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri də müzakirə olunub. Türk dövlətlərinin birliyinin möhkəmləndirilməsində mühüm platforma olan TÜRKPA-nın parlament diplomatiyası vasitəsilə həyata keçirəcəyi təşəbbüslər, qardaş dövlətlər arasında sıx əməkdaşlığın daha da inkişaf etdirilməsi və birgə layihələrin reallaşdırılması məsələlərinə xüsusi diqqət yetirilib.

Dövlət Baxçalı öz növbəsində, qardaş Azərbaycana və bütövlükdə Türk dünyasına dəstəyini bir daha ifadə edib. O, Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafının vacibliyini vurğulayaraq, hər iki dövlətin müstəqil, güclü və qüdrətli ölkələr kimi inkişafının davam etdirməsinin bütün Türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını və digər qardaş dövlətlər üçün örnək olduğunu bildirib.

TÜRKPA-nın Baş katibi Ramil Həsən Türk dünyasının birliyinin möhkəmləndirilməsinə verdiyi töhfələrə, Azərbaycan-Türkiyə qardaşlığının daha da gücləndirilməsinə göstərdiyi dəstəyə, eləcə də iki ölkənin dövlət başçıları tərəfindən həyata keçirilən strateji siyasətə verdiyi yüksək dəstəyə görə cənab Dövlət Baxçalıya təşəkkürünü bildirib. Baş katib TÜRKPA-nın bundan sonra da qardaş dövlətlər arasında müstəqil, güclü siyasətin həyata keçirilməsində parlament diplomatiyasının imkanlarından səmərəli istifadə olunması və qanunvericilik sahəsində əməkdaşlığın daha da təkmilləşdirilməsi istiqamətində öz səylərini davam etdirəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin TÜRKPA Baş katibinin müavini Məhəmməd Alpər Hayali iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 Oktyabr 2026 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri