Icma.az
close
up
RU
Azərbaycanlılar niyə əvvəlkindən daha çox xərcləyir? Statistika

Azərbaycanlılar niyə əvvəlkindən daha çox xərcləyir? Statistika

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin rəsmi məlumatları əsasında apardığı təhlilə görə, 2025-ci ilin yanvar–noyabr aylarında ölkədə pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz və ya 4,7 milyard manat artaraq 58,57 milyard manata çatıb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk 11 ayında pərakəndə ticarət dövriyyəsi 53,87 milyard manat təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Tehlil.az məlumat yayıb.

Son illərin göstəriciləri əhalinin pərakəndə ticarət məqsədilə xərclədiyi vəsaitin ardıcıl şəkildə artdığını göstərir. Bu artımın əsas səbəbləri sırasında ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində müşahidə olunan yüksəliş ön plana çıxır.

Son beş ilin müqayisəsi göstərir ki, 2025-ci ilin ilk 11 ayında qeydə alınan pərakəndə ticarət dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 20,24 milyard manat və ya 52,8 faiz artıb.

2021–2025-ci illər üzrə ərzaq, içki və tütün məhsulları ilə yanaşı, qeyri-ərzaq məhsulları üzrə qiymət göstəricilərində ardıcıl artım müşahidə olunur. Bu dinamika istehlak bazarında davamlı bahalaşma tendensiyasını aydın şəkildə əks etdirir.

2021-ci ildə ərzaq, içki və tütün məhsulları üzrə dövriyyə 20,75 milyard manat, qeyri-ərzaq məhsulları üzrə isə 17,58 milyard manat səviyyəsində formalaşıb.

2022-ci ildə ərzaq, içki və tütün məhsulları üzrə göstərici əvvəlki illə müqayisədə 4,6 milyard manat və ya 22,2 faiz artaraq 25,35 milyard manata yüksəlib. Qeyri-ərzaq məhsulları üzrə göstərici isə 2,18 milyard manat və ya 12,4 faiz artımla 19,76 milyard manat təşkil edib.

2023-cü ildə artım dinamikası davam edib. Ərzaq, içki və tütün məhsulları üzrə göstərici 3,32 milyard manat və ya 13,1 faiz artaraq 28,67 milyard manata çatıb. Qeyri-ərzaq məhsulları üzrə artım isə 2,85 milyard manat və ya 14,4 faiz təşkil edib və göstərici 22,61 milyard manat səviyyəsində qərarlaşıb.

2024-cü ildə ərzaq, içki və tütün məhsulları üzrə dövriyyə 29,54 milyard manat olub ki, bu da əvvəlki illə müqayisədə 0,87 milyard manat və ya 3 faiz artım deməkdir. Qeyri-ərzaq məhsulları üzrə göstərici isə 1,72 milyard manat və ya 7,6 faiz artaraq 24,33 milyard manata yüksəlib.

2025-ci ildə hər iki məhsul qrupu üzrə artım tempi yenidən sürətlənib. Ərzaq, içki və tütün məhsulları üzrə göstərici 2,4 milyard manat və ya 8,1 faiz artaraq 31,94 milyard manata çatıb. Qeyri-ərzaq məhsulları üzrə isə artım 2,3 milyard manat və ya 9,5 faiz təşkil edib və göstərici 26,63 milyard manat olub.

2021-ci ildə adambaşına düşən ərzaq, içki və tütün məhsulları üzrə xərclər 188,4 manat, qeyri-ərzaq məhsulları üzrə isə 159,5 manat təşkil edib.

2022-ci ildə ərzaq, içki və tütün məhsulları üzrə adambaşına xərclər əvvəlki illə müqayisədə 40,6 manat və ya 21,6 faiz artaraq 229 manata yüksəlib. Qeyri-ərzaq məhsulları üzrə göstərici isə 18,9 manat və ya 11,9 faiz artımla 178,4 manat olub.

2023-cü ildə artım dinamikası davam edib. Ərzaq, içki və tütün məhsulları üzrə adambaşına xərclər 27,8 manat və ya 12,1 faiz artaraq 256,8 manata çatıb. Qeyri-ərzaq məhsulları üzrə artım isə 24 manat və ya 13,5 faiz təşkil edib və göstərici 202,4 manat səviyyəsində formalaşıb.

2024-cü ildə artım tempində nisbi zəifləmə müşahidə olunub. Ərzaq, içki və tütün məhsulları üzrə adambaşına xərclər 6,4 manat və ya 2,5 faiz artaraq 263,2 manata yüksəlib. Qeyri-ərzaq məhsulları üzrə isə göstərici 14,4 manat və ya 7,1 faiz artımla 216,8 manat təşkil edib.

2025-ci ildə hər iki məhsul qrupu üzrə artım tempi yenidən sürətlənib. Ərzaq, içki və tütün məhsulları üzrə adambaşına xərclər 20,3 manat və ya 7,7 faiz artaraq 283,5 manata çatıb. Qeyri-ərzaq məhsulları üzrə artım isə 19,6 manat və ya 9 faiz təşkil edib və göstərici 236,4 manat olub.

Ümumilikdə, 2021–2025-ci illər ərzində adambaşına düşən istehlak xərcləri həm ərzaq, həm də qeyri-ərzaq məhsulları üzrə ardıcıl artım nümayiş etdirib. Xüsusilə ərzaq, içki və tütün məhsulları üzrə xərclərin daha yüksək səviyyədə formalaşması əhalinin gündəlik istehlak yükünün artdığını açıq şəkildə göstərir.

Yanvar–noyabr ayları üzrə pərakəndə ticarət dövriyyəsində əhalinin əczaçılıq və tibbi ləvazimatlara yönəltdiyi xərclər 2021-ci ildə 0,85 milyard manat təşkil edib.

Bu göstərici 2022-ci ilin eyni dövründə əvvəlki illə müqayisədə 0,12 milyard manat və ya 13,9 faiz artaraq 0,97 milyard manata yüksəlib. 2023-cü ildə artım dinamikası davam edib və yanvar–noyabr ayları üzrə dövriyyə 1,15 milyard manat səviyyəsinə çatıb.

2024-cü ilin yanvar–noyabr aylarında isə azalma qeydə alınıb. Belə ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərici 0,01 milyard manat və ya 0,6 faiz azalaraq 1,14 milyard manata düşüb.

2025-ci ildə isə son beş ilin ən yüksək artımı müşahidə olunub. 2025-ci ilin yanvar–noyabr aylarında əhalinin əczaçılıq və tibbi ləvazimatlara çəkdiyi xərclər ötən illə müqayisədə 0,28 milyard manat və ya 24,4 faiz artaraq 1,42 milyard manata çatıb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə bu göstərici 1,14 milyard manat təşkil edib.

Cənubi Qafqaz ölkələrinin Dövlət Statistika Komitələrinin rəsmi internet səhifələrindən toplanan məlumatlar göstərir ki, cari ilin yanvar–sentyabr aylarında adambaşına düşən orta aylıq pərakəndə ticarət dövriyyəsinin həcminə görə Azərbaycan lider mövqedədir.

Bu dövrdə Azərbaycanda adambaşına düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 296,4 dollar təşkil edib.

Müqayisə üçün qeyd edək ki, Gürcüstanda bu göstərici 240,4 dollar, Ermənistanda isə 135,5 dollar səviyyəsində olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see549

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see506

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see377

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see286

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see281

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see280

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see274

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see270

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see266

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see245

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see244

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see243

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see239

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see227

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see219

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see213

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see210

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see192

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see185

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri