Icma.az
close
up
RU
Azərbaycanlıları deportasiya etmək Rusiya üçün çox böyük faciəvi nəticələr doğura bilər AÇIQLAMA

Azərbaycanlıları deportasiya etmək Rusiya üçün çox böyük faciəvi nəticələr doğura bilər AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın miqrantlarla bağlı verdiyi qərar Azərbaycanla münasibətlərin soyumasına gətirən bir digər səbəbdir. Belə ki, Rusiya ərazisində yaşayan azərbaycanlıların qovulması kimi çağırışlar edilir.

Bəs Rusiya bunu reallaşdırarsa, onların aqibəti necə olacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü bildirdi ki, Rusiyada zaman-zaman belə çağırışlar müşahidə olunur:

"Son dövrlər iki dövlət arasında baş verən hadisələr səbəbindən Rusiyadakı bir sıra şovinist qruplar, onların parlamentdə və müxtəlif yerlərdə olan təmsilçiləri bu situasiyadan fürsət kimi istifadə etməyə çalışırlar. Azərbaycanlıları Rusiyadan çıxarmaqla bağlı faşist ruhlu çağırışlar edirlər. Mən bunu real hesab etmirəm".

Siyasi şərhçi bildirdi ki, azərbaycanlılar istər Azərbaycan vətəndaşı olaraq, istərsə də Rusiya vətəndaşı olaraq Rusiya iqtisadiyyatına, ictimai həyatına, ümumiyyətlə, Rusiya dövlətinin mövcud olmasına çox böyük dəstək verirlər:

"Bunu həm Rusiya rəhbərliyi, həm də ruslar yaxşı bilirlər. Bu çağırışlar sadəcə Azərbaycana təzyiq etmək məqsədi güdür. Azərbaycan dövlətini, Prezident İlham Əliyevi haqlı mövqedən döndərməyə bir cəhddir. Onlar bu çağırışlarla istəyirlər ki, biz haqlı tələbimizdən geri çəkilək. Bizim tələbimiz nədir? Biz deyirik ki, Rusiya dövləti AZAL təyyarəsinin qəzası ilə bağlı rəsmi olaraq üzr istəməlidir. Bu hadisəni törətdiyini və hansı şəraitdə törətdiyini etiraf etməlidir. Həlak olanların ailələrinə və zərərçəkənlərə kompensasiya ödəməlidir. Qeyri-adi bir məsələ yoxdur. Bunu etmək əvəzinə Rusiyadakı şovinist şəxsləri, təşkilatları irəli verib, onların arxasında gizlənib, onların faşist çağırışları ilə gündəmə gəlmək hesab edirəm ki, Rusiyaya ziyan gətirəcək bir məsələdir".

M.Göyüşovun sözlərinə görə, Rusiya unutmamalıdır ki, azərbaycanlılar onların sosial, iqtisadi, mədəni, ictimai həyatlarında çox böyük yer tuturlar.

"Azərbaycanlıları Rusiyadan deportasiya etmək Rusiya üçün çox böyük faciəvi nəticələr doğura bilər. Azərbaycan Rusiyanın Cənubi Qafqazda və dünyada ən sadiq, etibarlı, strateji tərəfdarıdır. Hətta biz Rusiya-Ukrayna müharibəsində belə Rusiyaya qarşı sanksiyalara qoşulmayan, onunla münasibətləri davam etdirən bir ölkəyik. Rusiyanın bunların qarşılığında belə etməsi onun üçün faydalı nəticələr doğurmayacaq. Bu məsələlərdə Rusiya özünə ziyan vuracaq. Rusiyadan azərbaycanlıların qayıtması məsələsinə gəldikdə, 50, 100, 200 nəfər qayıda bilər. Bu, Azərbaycan iqtisadiyyatında və Azərbaycanda gedən proseslərdə faciəvi bir nəticə doğurmayacaq. Biz qayıdanları Azərbaycanda yerləşdirə bilərik. Düşünürəm ki, Rusiya ağıllı hərəkət edib, ağıllı qərarlar verəcək və bununla da bu məsələlər sonlanacaq", - deyə hömsöhbətimiz bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Fevral 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri