Tramp çıxışlarında dəfələrlə İlham Əliyev haqqında yüksək fikirlər söyləyib Deputat
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
"Son zamanlar Azərbaycanla ABŞ arasında əlaqələr dinamik inkişaf edir. Əlbəttə, dünyanın supür-güc dövləti olan ABŞ-la münasibətlərin genişlənməsi məmnunluq doğurur. ABŞ Prezidenti Donald Tramp çıxışlarında dəfələrlə Azərbaycan Prezidenti cənab İlham Əliyev haqqında yüksək fikirlər söyləyib".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Parlamentari bildirib ki, bu fakt dövlətimizin başçısının beynəlxalq müstəvidə yüksək nüfuzunun göstəricisidir.
"Donald Trampın fevral ayında vitse-prezident Ceyms Devid Vensin Azərbaycana səfər edəcəyini bəyan edib. Səfərin məqsədi sülh səylərini inkişaf etdirmək və TRIPP marşrutunu irəli aparmaqdır. Bu, çox müsbət haldır. Müstəqillik tariximizdə ilk dəfədir ki, ABŞ-dan ən yüksək ranqlı rəsmi şəxs Azərbaycana gələcək. əlbəttə, bu, təsadüfi sayıla bilməz.
Bilirsiniz ki, ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla-ABŞ arasında münasibətlərin yeni mərhələsinin əsası qoyuldu. Münasibətlərdə yeni səhifə açıldığını təsdiqləyən iki faktı xüsusi qeyd edə bilərik. Bunlardan biri Ağ Evdə “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nun imzalanmasıdır. Bu sənədin imzalanması və artıq tərəflərin müvafiq proseslərə start vermələri bir daha təsdiqləyir ki, hər iki ölkə qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdə maraqlıdır.
İkinci mühüm məqam isə “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin fəaliyyətinin D.Tramp tərəfindən dayandırılmasıdır. Hazırda hər iki tərəf bu bədnam düzəlişin tamamilə ləğv edilməsi istiqamətində fəal iş aparır.
Bundan əlavə, 8 avqustda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasında da cənab Trampın vasitəçiliyi mühüm rol oynayıb.
Bilirsiniz ki, Davos Forumunda Prezident İlham Əliyevlə Donald Tramp arasında görüş olub. Görüşdə Trampın yenidən hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Ənənəvi olaraq beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizə, enerji təhlükəsizliyi və bir sıra digər mühüm sahələr üzrə fəal və səmərəli əməkdaşlıq Azərbaycan-ABŞ tərəfdaşlığının səciyyəvi cəhətlərini təşkil edib.
Digər vacib məqam isə Azərbaycanın Sülh Şurasında təmsil olunmasıdır. Rəsmi Bakının ABŞ Prezidentinin dəvəti ilə Sülh Şurasına üzv olması Azərbaycanın beynəlxalq nüfuzunun və artan strateji çəkisinin açıq göstəricisidir. Bu addım Azərbaycanın artıq yalnız regional təşəbbüslərlə kifayətlənmədiyini, qlobal sülhün tənzimlənməsində söz sahibi olan ölkələr sırasında yer aldığını təsdiqləyir. Sülh Şurasında təmsilçilik Bakıya beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşmasında daha fəal iştirak imkanı yaradır.
Bildirildiyi kimi, cənab Vensin səfərində TRIPP layihəsi də xüsusi diqqət mərkəzində olacaq. Bu, çox əhəmiyyətli bir layihədir. Çünki Zəngəzur dəhlizi mühüm ticarət qovşağı olmaqla yanaşı regionda sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlıq baxımından müstəsna əhəmiyyət kəsb edir.
Bütövlükdə, Azərbaycanın məqsədyönlü siyasəti yalnız Cənubi Qafqaz coğrafiyasında deyil, bütün dünyada sülhün bərqərar edilməsinə yönəlib. Ölkəmizin bu siyasəti Donald Trampın sülh çağırışları ilə üst-üstə düşür. Ona görə də, cənab Vensin ölkəmizə səfərini Azərbaycan Prezidentinin şəxsi nüfuzu, eləcə də regionda yaratdığı yeni reallıqların təsdiqi kimi dəyərləndirə bilərik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 26 Yanvar 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















