Icma.az
close
up
RU
Azərbaycanlıların öz torpaqlarına qayıtması tarixi ədalətin bərpasıdır Deputat

Azərbaycanlıların öz torpaqlarına qayıtması tarixi ədalətin bərpasıdır Deputat

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində 1980-ci illərin sonunda və 1990-cı illərin əvvəlində Ermənistandan zorla qovulmuş təxminən 300 min azərbaycanlının taleyi ilə bağlı məsələyə toxunub.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Deputatın sözlərinə görə, dövlət başçısı bu icmanın reinteqrasiyası və tarixi torpaqlarına qayıtmaq hüququnun təmin olunmasının vacibliyini vurğulayıb. Bu çıxış həm humanitar, həm də beynəlxalq hüquqi baxımdan mühüm əhəmiyyət kəsb edir.

"O zaman Ermənistan ərazisində yaşayan azərbaycanlılar sistemli şəkildə zorakılıq və təzyiqlərə uğramış, kütləvi şəkildə öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalmışdılar. Deportasiya prosesi zamanı on minlərlə azərbaycanlı həyatını itirmiş, yüz minlərlə insan isə didərgin düşmüşdür. Bu, BMT-nin İnsan Hüquqları Bəyannaməsi, Beynəlxalq Miqrasiya Konvensiyası və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması idi. Prezident İlham Əliyev müsahibəsində bu tarixi faciəni xatırladaraq qeyd edib ki, həmin insanların zorla köçürülməsi onların qayıtmaq hüququnu aradan qaldırmır. Beynəlxalq hüquqa əsasən, müharibə və etnik təmizləmə nəticəsində doğma yurdlarından köçürülmüş şəxslərin qayıtmaq və reinteqrasiya olunmaq hüququ fundamental insan hüquqlarından biridir.

Azərbaycan rəhbərliyinin bu məsələdə sərgilədiyi mövqe sülhə və insan hüquqlarına sadiqliyi nümayiş etdirir. Ermənistan rəhbərliyinin susqunluğu isə sülh prosesinə xələl gətirən amillərdən biri olaraq qalır. Prezident İlham Əliyev bu vəziyyəti vurğulayaraq, azərbaycanlıların reinteqrasiyasının regionda davamlı sülhün təmin olunması üçün əsas şərtlərdən biri olduğunu bildirib.

Ermənistandan deportasiya olunmuş azərbaycanlıların öz torpaqlarına qayıtması yalnız humanitar bir məsələ deyil, həm də tarixi ədalətin bərpasıdır. Bu insanlar nəinki öz evlərini, həm də mədəni irslərini, tarixi torpaqlarını itirmişlər. Onların qayıdışı, yalnız fərdi hüquqların təmin olunması deyil, eyni zamanda, Ermənistan və Azərbaycan arasındakı etimadın yenidən qurulması baxımından da əhəmiyyətlidir. Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərdə ermənilərin reinteqrasiyası üçün zəruri addımlar atdığı kimi, Ermənistandan deportasiya olunmuş azərbaycanlıların da oxşar şəraitdə öz evlərinə qayıtması təmin olunmalıdır.

Prezident İlham Əliyevin Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarına dair mövqeyi Azərbaycanın sülhə və humanitar dəyərlərə sadiqliyini bir daha nümayiş etdirir. Ermənistan rəhbərliyi isə bu məsələdə konstruktiv addımlar atmalı və beynəlxalq hüquqa uyğun olaraq deportasiya olunmuş azərbaycanlıların tarixi torpaqlarına qayıtması üçün şərait yaratmalıdır. Bu, regionda davamlı sülh və ədalətin bərpası üçün vacib bir addım olacaqdır.

Dünya ictimaiyyəti Azərbaycanın humanitar və sülhməramlı mövqeyini diqqətdə saxlamalı və bu məsələ beynəlxalq gündəmdə prioritet mövzulardan biri olaraq qalmalıdır. Ermənistan rəhbərliyi isə sülh prosesində üzərinə düşən öhdəlikləri yerinə yetirməli, tarixi ədalətin bərpasına töhfə verməlidir". 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Dekabr 2024 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see404

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see293

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see259

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see231

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see151

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri