Icma.az
close
up
RU
Ağdamın qayıdışı tarixi ədalətin bərpasıdır

Ağdamın qayıdışı tarixi ədalətin bərpasıdır

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Bu gün biz Azərbaycanın tarixi, mədəniyyəti və dövlətçiliyi üçün xüsusi əhəmiyyət daşıyan bir günü – Ağdam Şəhər Gününü qeyd edirik.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunur. Sərəncama əsasən,    “20 noyabr – Ağdam şəhəri günü” elan edilib.

Bu gün təkcə bir şəhərin bayramı deyil, həm də zəfərin, qayıdışın və yenidənqurmanın rəmzidir. Ağdam uzun illər işğal altında qalmasına baxmayaraq, xalqımızın qəlbində həmişə yaşayırdı. Bu şəhər Azərbaycan mədəniyyətinin, musiqisinin, incəsənətinin mərkəzlərindən biri kimi daim xüsusi yerə malik olub. Tarixi abidələri, qədim yaşayış məskənləri, Qarabağ mədəniyyətinə verdiyi töhfələr Ağdamı ölkəmizin ən zəngin irs daşıyıcılarından birinə çevirib.

2020-ci ildə torpaqlarımızın azad edilməsi ilə Ağdam da öz sahibinə qovuşdu. Bu, təkcə hərbi-siyasi qələbə deyildi – bu, eyni zamanda, tarixə, ədalətə, milli kimliyə qayıdış idi. İşğal dövründə şəhərin dağıdılması, mədəni irsin məhv edilməsi Azərbaycan xalqının yaddaşında dərin iz buraxmışdı. Lakin bu gün biz həmin yaraların sağaldığını, Ağdamın yenidən dirçəlməkdə olduğunu qürurla müşahidə edirik.

Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan dövlətinin gücünü və iradəsini bir daha nümayiş etdirir. “Ağıllı şəhər” konsepsiyası əsasında infrastrukturun qurulması, yeni yolların, kommunikasiyaların çəkilməsi, sosial obyektlərin, təhsil və mədəniyyət müəssisələrinin inşası Ağdamın gələcəyini müəyyən edən ciddi addımlardır. Bu gün Ağdam yalnız bərpa olunan bir şəhər deyil – gələcəyin müasir, innovativ, sənaye və mədəniyyət mərkəzinə çevrilən bir bölgədir. Qarşıdakı illərdə burada minlərlə sakin üçün yeni evlər tikiləcək, sənaye parkları fəaliyyət göstərəcək, mədəniyyət və turizm potensialı tam şəkildə reallaşdırılacaq.

Ağdam Şəhər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün, torpağa bağlılıq və qayıdış iradəsinin təntənəsidir. Bu gün biz həm qazandığımız qələbəni, həm də qarşıdakı quruculuq yolumuzu bir daha dəyərləndiririk.Bu günün keçirilməsi bizə aşağıdakıları xatırladır:

tarixi irsin qorunması və bərpası milli borcumuzdur;

azad olunmuş ərazilərin dirçəldilməsi ümummilli prioritetdir;

Ağdamın inkişafı Qarabağın və bütövlükdə ölkəmizin inkişafına mühüm töhfə verəcəkdir.

Ağdamın dirçəlişi hər birimizi sevindirən, qürurlandıran bir prosesdir. Bu torpaq, bu şəhər yenidən həyat qazanır, yenidən insan nəfəsi, uşaq gülüşü, mədəniyyət səsi ilə dolur. Ağdamın bu günü və gələcəyi artıq möhkəm təməllər üzərində qurulur.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin praqmatik və rasional siyasəti nəticəsində bu gün artıq Ağdam azaddır və bərpa edilir, yenidən qurulur, inkişafının yeni mərhələsini yaşayır. Bu gün üçrəngli bayrağımız bütün torpaqlarımızda, eləcə də, Ağdam şəhərində əzəmətlə, qürurla dalğalanır və əbədi dalğalanacaq!

Gündüz Alıkişiyev

YAP Tərtər rayon təşkilatının əməkdaşı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Noyabr 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri