“Azərbaycanlıların qonaqpərvərliyinə heyran qaldım” Abdullah ƏlAbadi FOTOLAR Yeni Çağ Media
Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“COP29 iqlim konfransında iştirak üçün Bakıya gələndə heç kimi tanımırdıq. Elə ilk andaca Bakı bizi qonaqpərvərliklə qarşıladı”- bunu İordaniya mediasına açıqlamasında İordaniyadan COP 29 Azərbaycana gələn Abdullah Əl-Abadi bildirib.
“Bu möhtəşəm bir tədbir idi. Azərbaycan bu tədbirə xüsusi hazırlaşmışdı. Qonaqlar üçün bütün şərait yaradılmışdı. İştirakçılar pulsuz nəqliyyatla təmin edilmişdi. Bu tədbirdə ölkəmizi mənimlə yanaşı həyat yoldaşım Dua Əl-Durbani də təmsil edirdi. Bakıya səfərimiz zamanı dəyərli dostlar qazandıq.
Azərbaycan mediasının bizə dəstəyini xüsusilə qeyd etmək istəyirəm. Təsadüfi tanışlıqlar böyük dostluğun təməlini qoyur. Biz Bakıya səfərimiz zamanı Ramil Əliyev və Bəhruz Məmmədzadə ilə tanış olduq. Bu tanışlıq böyük dostluğun təməlini qoydu. Bizə etdikləri yaxşılıqları heç zaman unutmarıq. Bütün azərbaycanlılar çox qonaqpərvər insanlardır. Azərbaycan sözün hər mənasında cənnəti xatırladır. Şəhər təmiz və gözəldir. Bakı öz gözəlliyi ilə hər kəsi heyran etdi. Azərbaycan mətbəxi isə sadəcə möhtəşəm idi. Bakı bizi necə valeh edibsə, yenidən bu gözəl şəhəri, bizə dəyər verən dostları görmək istəyirik.” -deyə Abdullah Əl-Abadi bildirib.

www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 02 Dekabr 2024 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















